Bismillahir-rahmanir-rahim

Sunday, November 30, 2014

Geyim və ona aid bə‘zi qaydalar (İkinci fəsil)

 Uzun paltar geyməyi və paltarın qollarının uzun olmasını məzəmmət ediblər xüsusilə hədisdə gəlib ki, paltarı təkəbbür üzündən yerlə sürüyənlər və həmçinin paltarı topuqdan aşağı saxlayanlar cəhənnəm odundadırlar. həzrət Əmirəlmö`minin əleyhissalam köynək geyindiyi zaman köynəyinin qollarını yuxarı çəkər,barmaqlarından irəli keçən hissəsini götürərdi. Nəql edirlər ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əbuzərə buyurdu:-hər kəs öz paltarını təkəbbür üzündən yerlə sürüsə  Allah taala qiyamət günündə ona rəhmət nəzərini salmaz. habelə rəvayət olunub ki, bu cür geyim "Lut" qövmünün  əxlaqındandır. İmam Sadiq əleyhissalam buyurur ki, bir gün həzrət Əmirəlmö`minin əleyhissalam bazara getdi. Özü üçün bir əşrəfiyə üç paltar aldı. O belə idi: köynəyi ayağının topuğuna qədər,fitəsi baldırının yarısına qədər, qəbası ön hissəsindən döşünə qədər və arxadan kəmərdən aşağı idi. həzrət evinə qayıdana qədər əlini göylərə qaldırıb bu ne`mətə görə Allaha həmd etdi. (Şeyx Abbas Qummi)

Saturday, November 29, 2014

İslamda paltar geyinmə və soyunma qaydaları (Birinci fəsil)

Pambıq, kətan və yundan hazırlanmış geyimlər və onların rənglərinin müstəhəbləri və məkruhları haqqında


 Ən üstün geyimlər pambıqdan olan geyimlərdir. O Allahın Rəsulunun (səlləllahu əleyhi və alihi və səlləm) və onun Əhli-beytinin (əleyhimussalam) geyimidir. Ondan sonra kətandır və o peyğəmbərlərin geyimidir. Amma daim yun parçadan olan paltarların geyilməsi məkruhdur, xüsusilə də o vaxt ki, onu özlərini başqalarından üstün hesab etmək üçün geyələr və güman edərlər ki, yun paltar geyindikləri üçün onlar sair insanlardan fəzilətlidirlər. Belə insanları Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) lə‘nətləmişdir. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in yaxın əshabından olan Əbuzər Qifaridən nəql olunan hədisdə oxuyuruq ki, Peyğəmbər buyurub:-Ey Əbuzər, axirəzzamanda bə‘zi insanlar özlərini camaatdan üstün saymaq məqsədilə daim yun paltarlar geyərlər. Buna görə də yer və göy əhli olanları lə‘nətləyər.
 Lakin soyuqdan qorunmaq və ya başqa ehtiyac üzündən yun paltar geyinməyin eybi yoxdur. Bir də xalis ipəklə və qızıl sapla tikilmiş paltarlar geymək kişilərə haramdır.
 Əllamə Məclisi (rəhmətullah əleyhi) buyurmuşdur: Baş örtüyü kimi qadın paltarları kişilərə haramdır. Əmmamə kimi kişilərə məxsus olan geyimlər də qadınlara haramdır.

 İmam Məhəmməd Baqir əleyhissalamdan rəvayət olunur ki, qadının özünü kişiyə oxşatması caiz deyil. Çünki özlərini kişiyə bənzədən qadınları və eləcə də özlərini qadına oxşadan kişiləri Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) lə‘nətləyib. Kafirlərə məxsus olan geyimlər də müsəlmana haramdır. Məsələn: Bə‘zi xristianların boyunlarından asdıqları üzərində xaç şəkli olan boyunbağılar və lentlər. Amma paltarın rənginə gəldikdə isə, ən gözəl rəng ağ rəngdir, çünki bu rəng həm çox qəşəng həm də çox təmizliyə malik olan bir rəngdir. Əmirəlmö‘minin əleyhissalam əksər hallarda ağ paltar geyinərmiş. Ağ rəngdən sonra sarı, yaşıl, açıq qırmızı, göy və qəhvəyi yaxşı rənglərdir. Lakin tünd qırmızı paltar geymək məkruhdur, xüsusilə namaz halında.
 İmam Sadiq əleyhissalam buyurmuşdur ki, tünd qırmızı geyinmək məkruhdur, yalnız bəyin toy günündə qırmızı geyinməsi məkruh deyil. hər bir halda qara paltar geyinmək məkruhdur. Lakin əmmamə, əba və ayaqqabının qara rəngdə olmasının eybi yoxdur. hədisdə gəlib ki, qara paltar geyinməyin, çünki o Fir‘onun geyimidir.
 Başqa hədisdə var ki, bir nəfər İmam Cəfər Sadiq əleyhissalamdan soruşdu:-Mən qara papaqla namaz qıla bilərəmmi?  İmam buyurdu:-O cür geyimlə namaz qılma, çünki qara paltar cəhənnəm əhlinin paltarıdır. (Şeyx Abbas Qummi)