Sunday, November 30, 2014
Geyim və ona aid bə‘zi qaydalar (İkinci fəsil)
Uzun paltar geyməyi və paltarın
qollarının uzun olmasını məzəmmət ediblər xüsusilə hədisdə gəlib ki, paltarı təkəbbür
üzündən yerlə sürüyənlər və həmçinin paltarı topuqdan aşağı saxlayanlar cəhənnəm
odundadırlar. həzrət Əmirəlmö`minin əleyhissalam köynək geyindiyi zaman köynəyinin
qollarını yuxarı çəkər,barmaqlarından irəli keçən hissəsini götürərdi. Nəql edirlər ki,
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əbuzərə buyurdu:-hər kəs öz
paltarını təkəbbür üzündən yerlə sürüsə Allah taala qiyamət günündə ona rəhmət
nəzərini salmaz. habelə rəvayət olunub ki, bu cür geyim "Lut"
qövmünün əxlaqındandır. İmam Sadiq əleyhissalam buyurur ki, bir gün həzrət
Əmirəlmö`minin əleyhissalam bazara getdi. Özü üçün bir əşrəfiyə üç paltar aldı.
O belə idi: köynəyi ayağının topuğuna qədər,fitəsi baldırının yarısına qədər,
qəbası ön hissəsindən döşünə qədər və arxadan kəmərdən aşağı idi. həzrət
evinə qayıdana qədər əlini göylərə qaldırıb bu ne`mətə görə Allaha həmd etdi. (Şeyx Abbas Qummi)
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment