İslam dininin buyuruğuna əsasən
başa əmmamə bağlamaq müstəhəbdir və hədislərdə buyurulub ki, əmmamə ərəblərin
tacıdır. Hər zaman əmmaməni aradan aparsalar, Allah taala da onların izzətini
aradan aparar.
Əllamə Məclisi (rəhmətullah əleyh) Şeyx Şəhiddən nəql edir ki, buyurub: Əmmaməni ayaq üstə başa sarımaq və onun bir ucunu çənənin altından keçirmək müstəhəbdir. İmam Sadiq əleyhissalam buyurur:-hər kəs başına əmmamə qoysa, amma onun bir ucunu çənəsinin altından keçirtməsə o elə bir dərdə düçar olar ki, dərmanı tapılmaz və buna görə gərək özündən başqa heç kimi danlamasın. O Cənabdan bir buyuruq da vardır:-Mən o kəsə təəcüb edirəm ki, öz hacətini istəməyə başlayarkən əmmaməsini çənəsinin aşağısına dolandırır, amma hacəti qəbul olunmur.

İmam
Sadiq əleyhissalam buyurur:-həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)
Əmirəlmö`minin əleyhissalamın başına öz mübarək əlləri ilə əmmamə doladı və əmmamənin
bir ucunu çənəsinin altında, o biri ucunu isə başının arxasında qoydu, sonra
buyurdu:-Get. həzrət Əli əleyhissalam bir qədər getdi. Peyğəmbər (səlləllahu əleyhi
və alihi və səlləm) buyurdu:-Gəl. Əli əleyhissalam gəldi. O zaman
buyurdu:-Vallah, eynilə mələklərin tacıdır.
Əmmamənin bir ucunu çənə altından keçirilməsinə dair hədislər çoxdur. Onu əncam vermək hər bir vaxta aiddir, yalnız namaz vaxtı deyil, düzdür ki, namaz vaxtı çox fəzilətlidir. Bu iş həm namazda və həm də qeyri-namazda müstəhəbdir. Necə ki, Şeyx Bəhai “Miftahul-fəlah” kitabında buyurur:-Mən hədis kitablarımızın heç birində əmmamənin çənə altından yalnız namaz halında keçirilməsinin müstəhəb olduğu haqda hədis görməmişəm, əksinə bu haqda olan hədislərin hamısı hər bir zaman üçündür.

Mərhumun
kəlamı tamamlandı, lakin qədimdəki şiələrin rə`y birliyi olan bu adət və sünnət
artıq bu əsrlərdə köhnəlib və tərk olunub. Ola bilsin ki, hədisçi Kaşaninin
buyurduğu kimi bunun tərk olunmasının sirri budur ki, keçmiş zamanlarda onları
təqiyyəyə görə tərk ediblər, bu tərk etmə isə daimi olmuşdur. İndiki dövrlərdə
artıq təqiyyə olmadığı üçün onu tərk etməyə heç bir üzr və bəhanəyə yer yoxdur.
Amma avam və cahil insanların nəzərində bu iş qəbih sayılır.
Başa əmmamə
qoyduğun zaman bu duanı oxu :
“Əllahummə-səvvimni bisimail-imani və təvvicni bitacil-kəraməti və qəllidni
həbləl-islami vəla təxlə`ribqətəl-imani min unuqi”
Əllamə Məclisi
(r.ə) buyurmuşdur: hündür papaqlar yəhudi paltarlarından sayılır. Buna görə də
deyirlər ki, onu geyinmək məkruhdur. Bə`zi hədislərdən də mə`lum olur ki,
papağın aşağı hissəsini əyməyin və ya onu əksinə döndərməyin kərahəti
vardır. həzrət Peyğəmbər (səlləllahu əleyhi
və alihi və səlləm) buyurur ki: Əgər mənim ümmətim arasında yarıqları olan
papaqları artarsa bu zaman onların arasında zinakarlıq çoxalar. (Şeyx Abbas Qummi)
No comments:
Post a Comment