Əhli-beytdən
nəql olunan hədislərə əsasən, ləzzətli yeməkləri yemək və onu başqalarına da
yedirtmək çox gözəl əməldir. İnsanın ləzzətli yeməkləri özünə haram etməsi
yaxşı iş deyil. İmam Sadiq əleyhissalam buyurur:-Allah taala kərimdir ondan ki,
dünyada mö`minə halal etdiyi ne`mətlərdən qiyamət günü ondan sorğu-sual edə.
Amma gərək insanın yeyib-içdikləri halaldan olsun. Gərək insan o qədər də yeməsin
ki, toxluq onu Allahın ibadətlərindən uzaqlaşdırsın. Məsələn: heyvanlar tək həmişə öz himmətlərini ancaq
yeyib-içməyə sər etməsin. Burada əsl məqsəd odur ki, sən o ne`mətlərdən orta səviyyəli
istifadə edəsən və yeyib-içməyin Allaha ibadət etmək üçün olmalıdır. həmişə
Allahın ne`mətindən elə istifadə et ki, ne`mət zay olmasın, çünki Allah taala israf edənləri əsla sevməz. həmçinin
heç vaxt tox halda bir şey yemə, çünki
tox halda yemək dəri xəstəliyinə və xoraya səbəb olar və Allah taala bu xislətli
acgöz insanları xoşlamır. Rəvayət olunub ki, hər kəs bu dünyada çox tox olarsa
qiyamət günü hədsiz dərəcədə ac qalar.
İnsanın hədsiz toxluğu onun tüğyankarlığına və fəsad
etməsinə səbəb olar. Allah taala heç bir şeydən dolu qarından nifrət etdiyi
kimi nifrət etmir. (Şeyx
Abbas Qummi)
No comments:
Post a Comment