Üzüyün sağ ələ taxılması
istər kişi və istərsə də qadınlar üçün tövsiyə edilmişdir. Bu şiəliyin əlaməti
və peyğəmbərlərdən qalan bir sünnətdir. habelə mö`minlərin beş nişanəsindən
biridir. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) şəhadət barmağına və
orta barmağa üzük taxmağı qadağan etmişdir. hədisdə var ki, üzüyü barmaqların
başına taxmaq Lut qövmünün işlərindəndir.
İbni Tavus (r.ə) rəvayət etmişdir
ki, barmağa üzük taxan vaxt bu duanı oxu.
“Əllahummə səvvimni bisimail-imani və təvvicni bitacil-kəraməti və qəllidni
həbləl-islami və la təxlə ribqətəl-imani min unuqi.” (Şeyx Abbas Qummi)
No comments:
Post a Comment