İmam Məhəmməd Baqir əleyhissalamdan rəvayət
edilmişdir ki, o həzrət buyurmuşdur: Təzə paltar geyinəndə aşağıdakı duanı oxu:
“Əllahumməc`əlhu səvbə yummin və təqva və bərəkətən.
Əllahummərzuqni fihi husnə ibadətikə və əmələn bitaətikə və ədaə şukri ni`mətikə
əlhəmdu lillahil-ləzi kəsani ma uvari bihi əvrəti və ətəcəmməlu bihi fin-nas.”
Ondan
sonra bu kəlamı da demək lazımdır ki, zərər-ziyandan nicat tapasan. “La ilahə illəllah, Muhəmmədun Rəsulullah”
(Allahdan başqa bir tanrı yoxdur və Məhəmməd (səlləllahu əleyhi və alihi
və səlləm) onun Rəsuludur). həmçinin çox ləyaqətli bir iş etmiş olar o şəxs ki,
Allah taalanın ona əta etdiyi təzə paltarda dəstəmaz alıb iki rükət namaz
qılsın və hər rükətdə həmd surəsilə Ayətəl-kürsini, “Qul huvəllahu əhəd” və
“İnna ənzəlnahu” surələrini oxusun. Namazı qılıb qurtardıqdan sonra Allaha həmd
və şükür etsin ki, Allah taala öz lütfü ilə onun eyib yerlərini camaat arasında
örtüb ona gözəllik bəxş etmişdir. O paltarı geyindikdən sonra “La həvlə vəla quvvətə illa billahil-əliyyil
əzim” zikrini çox desin. Bu təqdirdə həmin paltarda günah etməsə o paltarda
olan hər bir ilmənin sayı qədər Allahın mələkləri Allaha zikr edər və onun üçün
Allahdan istiğfar edər (bağışlanma diləyərlər). (Şeyx Abbas Qummi)
No comments:
Post a Comment