həzrət Peyğəmbər
(səlləllahu əleyhi və alihi və səlləm) həmişə süfrə başında ədəb-ərkanla oturar
və öz qarşısından yemək yeyərdi. Onun süfrə başında oturması eynilə təşəhhüd
halında oturuş şəklində idi. O həzrət sağ dizini sol dizinin üstünə və sağ ayağının
üstünü sol ayağının altına qoyaraq buyurardı: “Mən bir bəndəyəm, qullar kimi
yeyir və qullar kimi otururam.” Bəndənin söykənərək və ya yatan halda yemək yeməsi
yaxşı deyil. Süfrə başında bardaş quran halda oturmaq məkruhdur və xüsusilə bir
ayağın bud üzərinə qoyulmasının daha çox kərahəti var. Allah taala bu cür
oturan insanları sevmir. Təklikdə yemək məkruhdur. İnsan öz xidmətçiləri və
qulluqçuları ilə bir yerdə oturub yemək yeməsi müstəhəbdir. İmam Rza əleyhissalam
süfrə başında oturan zaman istər böyük, istərsədə kiçik uşaqların hamısını süfrə
başına yığardı, bu cür etmədən özü süfrədə oturmazdı, hətta İmam xidmətçilərinin
hamısını öz süfrəsinə də`vət edərdi.
Əgər sənin
süfrənin başına bir dilənçi qonaq gələrsə onu qaytarma. Süfrədə hər nə ne`mət
varsa ona qane ol. heç vaxt pis və fasiq insanlarla bir süfrədə oturma. həmişə
çalış mə`rifət sahibləri olan, Allah tanıyan təqvalı insanlarla, alimlərlə süfrə
yoldaşı olasan, çünki bu sənin hikmətli sözlər öyrənməyinə səbəb olar. Çox
yeyib-içməyin hərisi olma, çünki qarın dolu olanda səni tüğyankarlığa və fəsad
etməyə yönəldər.
Yeməyin əvvəlində
“Bismillah” de ki, yemək sənə əziyyət verməsin. Əgər yemək arasında söhbət etsən
söhbətin sonunda ”Bismillahı” təkrar de. Süfrədə bir neçə cür yemək olsa
onların hər biri üçün bir “Biosmillah” de. Ola bilər ki, bir vaxt bunu yaddan
çıxardasan, o zaman bu cür söylə: “Bismillahi əla əvvəlihi və axirihi.”
İmam
Sadiq əleyhissalam buyurur:-hər bir müsəlman bir şey yemək istədikdə tikəsini
qaldıranda desə: “Bismillahi vəl-həmdu lillahi rəbbil-aləmin.”
Tikəsini
ağzına çatmazdan öncə Allah onun günahlarını bağışlayar. həzrət İmam Sadiq əleyihssalam
Sumaəyə buyurdu:-Ey Sumaə, yemək ye və Allaha həmd oxu və yeməyi sakit (Allaha
həmd etməmiş) halda yemə.
Rəvayət olunub ki, o həzrət yemək yeyəndə
bu duanı çox oxuyardı: “Əlhəmdu lillahil-ləzi cə`ələni əştəhihi.”
Yemək-içmək
üçün qızıl və gümüş qablardan istifadə etmə. Onlardan istifadə etmək haramdır.
Rəvayətdə var ki, qızıl və gümüş qablar axirətə heç yəqini olmayan insanların
malıdır. Misirdə hazırlanmış saxsı qablarda bişirilmiş xörəkləri yemək kərahətlidir.
Qızıl
və gümüşlə naxış vurulmuş qablarda yeyib-içmək məkruhdur. Şərab olan süfrədə
bir şey yemə. Müsəlmanın o cür süfrədə oturması haramdır. Şərab qoyulmuş süfrə
başında oturmuş şəxs lə`nətlənmişdir. Bə`zi alimlərdən nəql olunub ki, habelə
haram yeyilən və ya haram iş görülən məclislərdə bir şey yemək haramdır. Süfrəyə
həmişə göy-göyərti qoy. hədislərdə var ki, həzrət Əmirəlmö`minin əleyhissalamın
hüzuruna süfrə gətiriləndə həmişə onda göyərti olardı.
Eləcə
də çalış süfrəndə həmişə sirkə olsun, çünki sirkə yoxsulluğu azaldar, əqli isə
möhkəmləndirər. Nəql olunmuşdur ki, həzrət
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in nəzərində ən üstün yeməli
şeylərdən biri sirkə olub. həzrət buyurub ki, hər kəsin evində sirkə olarsa çörəyi
yavan sayılmaz.
Yeməyi
isti halda yemə, gözlə soyusun, çünki soyumuş yemək bərəkətli olar, lakin isti
xörək bərəkətsiz olar və həm də şeytan ondan bəhrələnər. Yediyin və içdiyin şeyə
üfürmə. (Şeyx Abbas Qummi)
No comments:
Post a Comment