Rəvayətdə
var ki, daş sürməsini çəkməyin göz üçün çox faydası vardır. Çünki o gözün
nurunu artırar, kipriyi göyərdər və həmçinin gözdən axan suyun qarşısını alar.
Ağızdan xoş ətir gəlməsinə səbəb olar və səcdələrin uzun sürməsinə kömək olar.
İmam
Rza əleyhissalam buyurur:-hər bir şəxsin Allaha və qiyamət gününə imanı
varsa gözünə sürmə çəksin. İmam Baqir əleyhissalam isə buyurur ki, sürmə çəkmək
nəfəsi xoş ətirli edər və kiprikləri möhkəmləndirər.
İmam Sadiq əleyhissalam buyurur:-Gecə sürmə
çəkməyin gözə faydası var, gündüz isə gözəllik üçündür, yatmaq vaxtı üzə nur gətirər
və gözdən su axmasının qarşısını alar.
Həzrət Peyğəmbər (sələllahu əleyhi və
alihi və səlləm) gecələr yatanda sürmə çəkərdi, ondan dörd mil sağ gözünə, üç
mil isə sol gözünə istifadə edərdi. Həzrət
Əmirəlmö`minin əleyhissalam buyurub ki, hər kəs sürmə çəksə onu tək sayda çəksin.
Əgər o cür çəkməsə də eybi yoxdur.
“Məkarim”
kitabında nəql olunan rəvayətə əsasən yaxşı olar ki, sürmə çəkən vaxtı
bu duanı oxuyasan:
“Əllahummə inni əs`əlukə
bihəqqi Muhəmmədin və ali Muhəmmədin ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmmədin
və ən təc`ələn-nurə fi bəsəri vəl-bəsirətə fi dini vəl yəqinə fi qəlbi vəl-ixlasə
fi əməli vəssəlamətə fi nəfsi vəs-səətə fi rizqi vəş şukrə ləkə əbədən ma əbqəytəni.” (Şeyx Abbas Qummi)
No comments:
Post a Comment