Bismillahir-rahmanir-rahim

Friday, December 26, 2014

İslamda evlənməyin fəzilətləri (Birinci fəsil)

     Evlənmək haqqında bir çox hədislər nəql olunmuşdur. Onun dəyəri və kişinin öz zövcəsi ilə mehriban olması haqqında və evlənmədən imtina etməyin qadağan edilməsi haqqında çox rəvayətlər söylənib.

  İmam Baqir əleyhissalam bu haqda buyurur:-Bu dünyada hər bir ne`mətin olsa belə, bir gecə qadınsız yatmaqdan xoşum gəlməz.
  həzrət bir yerdə də buyurur ki, bir evli şəxsin qıldığı iki rükət namaz subay insanın bir gecəni sübhə kimi namaz qılıb gündüzü oruc olmasından üstündür.

  İmam Sadiq əleyhissalam buyurur ki, evli şəxsin iki rükət namazı subayın yetmiş rükətindən əfzəldir.

      Qadını sevmək, onu əzizləmək Peyğəmbər sünnətidir. Evlənmək elə bir işdir ki, Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) dünyadan onu seçmişdir.

     hədislərin birində Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurur: “həqiqətən, mən sizin dünyanızdan üç şeyi özüm üçün ixtiyar etmişəm: Xoş ətir, qadınlarla evlənmək və namaz. Namaz gözümün nurudur.”


    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bu haqda buyurur ki, hər kəs vaxtında evlənərsə dininin yarısını qorumuş olar. Beləliklə də insan Allahın xoşu gəlməyən bir şeyi (subaylığı) özündən uzaqlaşdırır. İbadətə davam verməkdə yaranan yorğunluğu həyat yoldaşının olması aradan aparar və bu iş cənnətin ləzzətlərinə rəğbətli olmağa səbəb olar. Ona görə ki, qadın o nümunələrdən biridir. İnsan bu qanuna riayət etməklə nəslini artırmış olar, övlada malik olar, nəfsinə qalib gəlməyə səbəb olar və həmçinin özündən sonra yerində varisi qalar ki, onun əməlləri, həyatda etdiyi fəaliyyət kəsilməz. Daha doğrusu onun davamçısı olar. Əgər övladı əməlisaleh olarsa onun bağışlanması üçün dua və şəfaət edər. Ümmətin çoxalmasına səbəb olar, Peyğəmbərimiz qiyamətdə bununla iftixar edər. 
(Şeyx Abbas Qummi)

No comments:

Post a Comment