Bismillahir-rahmanir-rahim

Tuesday, December 16, 2014

İslamda yemək vaxtları (İkinci fəsil)

         Səhər yeməyini sübh tezdən yemək məsləhətdir, lakin günün yarısında bir şey yeməsi məsləhət deyil və xiftən namazından sonra bir dəfə də yemək yaxşıdır. Necə ki, haqq taala cənnət əhlinə buyurur:

     “Ləhum rizquhum fiha bukrətən və əşiyya”

    Xiftən namazından sonra yemək yemədən yatmaq bədənin xəstəliyinə və tez qocalmasına səbəb olar. Nəql olunub ki, o vaxtın yeməyini bir tikə quru çörək də qalmış olsa tərk etməyinə.
    Rəvayətlərin birində buyurulmuşdur: İnsan bədənində işa adlı bir damar var və hər kəs gecə vaxtı bir şey yeməsə həmin damar onu sübh vaxtına qədər lə`nətləyib deyər: Allah səni ac qoysun, necə ki, sən məni ac saxladın və Allah səni susuz etsin necə ki, məni susuz saxladın.
    Beləliklə də ey insan, hətta bir loğma çörəklə, ya bir içim su ilə olsa belə şam yeməyini tərk etmə. Gecə yeməyi gündüzünkündən üstündür. Buna görə də ona e`tinasızlıq etmək qüvvətsizliyə səbəb olar. həmçinin yaxşı olar ki, səhər yeməyini yemədən evdən çölə getməyəsən, çünki o sənin izzətinə səbəb olar.
    Əgər bir iş dalınca getsən bir parça çörəyi duzla ye ki, bu sənə daha çox izzət bəxş edər və hacətin tez hasil olar. (Şeyx Abbas Qummi)

No comments:

Post a Comment