Bismillahir-rahmanir-rahim

Sunday, December 21, 2014

İslamda dişlərin təmizlənmə qaydaları (Dördüncü fəsil)

     İmam Sadiq əleyhissalam buyurur ki, Cəbrail həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) üçün misvak (fırça) xüsusi diş çöpü və həcamət (xüsusi tərzlə qanalma) gətirmişdir. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu:-Bu çöplər dişlərin diblərini təmizləyib və sağlam saxlar, həmçinin ruzini bol edər.

     həzrət yenə buyurur:-Qonağın haqqında biri də budur ki, onun üçün diş təmizləmək üçün çöp hazırlayasan.

     Rəvayətdə gəlib ki, dişlərinizi həmişə təmiz saxlayın (yə`ni çöplə təmizləyin), çünki mələklər insanın dişində yemək qalmasına nifrət etdikləri kimi heç nəyə nifrət etməzlər. hər vaxt dişini çöplə təmizləmək istəsən onu nar və gül çöpü ilə təmizləmə, çünki o çöplər xora xəstəliyinin iki damarını hərəkətə gətirər. Xurma və qamış çöpləri ilə də diş təmizləmək düzgün deyil.

İmam Sadiq əleyhissalam buyurur ki, hər kəs dişini qamışla təmizləsə altı gün hacəti yerinə yetməz.


     həzrət Sadiq əleyhissalam Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edir ki, o həzrət xurma və qamışdan başqa hər bir çöplə dişlərini təmizləyərdi. həmçinin buyurur ki, “gəz” ağacının çöpü ilə dişinizi təmizləməyin ki, bu insanı yoxsul edər. Ağzını çöplə təmizlədikdən sonra üç dəfə su ilə qar-qara etmədən su içmə. Əgər bir şey dişini dibindən çıxsa və ya dilin vasitəsilə dişlərin arasından çıxsa onu uda bilərsən. Lakin dişin içindən çöplə çıxan yeməyi ağzından çıxart. (Şeyx Abbas Qummi)

No comments:

Post a Comment