Bismillahir-rahmanir-rahim

Monday, December 29, 2014

İslamda Evlənmək və Toy gecəsinin qaydaları (Üçüncü fəsil)

   hər vaxt elçiliyə getmək istəsən iki rükət namaz qılıb Allaha həmd et və bu duanı oxu:

  “Əllahummə inni uridu ən ətəzəvvəcə fəqəddir li minən-nisai ə`əffəhunnə fərcən və əhfəzəhunnə  li fi nəfsiha və mali və əvsəyəhunnə rizqən və ə`zəməhunnə bərəkətən və qəddir li vələdən təyibbən təc`əluhu xələfən salihən fi həyati və bə`də məvti.”

  İsti vaxtlarda elçilik etmək ayrılığa səbəb olar.həmçinin ay əqrəb bürcündə olarkən kəbin kəsmək və gəlin aparmaq yaxşı deyil. Rəvayət olunub ki, hər kəs bu zaman kəbin kəsdirsə və gəlin aparsa aqibəti xeyirli olmaz. Yaxınlıq (cinsi əlaqə) şüa altında olarsa uşağın yarımçıq düşməsinə səbəb olar. İnsanın  cümə günü elçilik etməsi və evlənməsi çox yaxşıdır. Evlənmək zamanı qonaqlıq vermək və kəbindən qabaq xütbə oxumaq sünnətdir.

       Nəql olunmuşdur: Xəlifə Mə`munun qızını İmam Məhəmməd Təqi əleyhissalam üçün kəbin kəsərkən bu xütbəni oxudular:

  “Əlhəmdu lillahi iqrarən bini`mətihi və la ilahə illəllahu ixlasən livəhdaniyyətihi və səlləllahu əla səyyidi bəriyyətihi vəl-əsfiyai min itrətihi əmma bə`du fəqəd kanə min fəzlillahi ələl-ənami ən əğnahum bil-həlahi ənil-hərami fəqalə subhanəhu: Və ənkihul-əyama minkum vəs-salihinə min ibadikum və imaikum in yəkunu fuqəraə yuğnihumullahu min fəzlihi vəllahu vasiun əlim.”

                                                Toy gecəsinin qaydaları

    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in sünnət və qanunlarına əsasən gəlini gecə gətirərələr. Gəlini sənin yanına gətirən zaman hər ikiniz dəstəmaz alın və iki rükət namaz qılın, şükr edib Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə və onun Əhli-beytinə salavat göndərin. Dua edib yanınızda olan qadınlara da deyin amin desinlər. Axırda isə bu duanı oxuyun:

         “Əllahummmərzuqni ilfəha və vuddəha və rizaha vərzini biha vəcmə bəynəna biəhsəni ictimain və anəsi i`tilafin fəinnəkə tuhibbul-həlalə və təkrəhul-həram.”

Onun yanına getdiyin zaman əlini onun alnına qoy və de:

    Əllahummə əla kitabikə təzəvvəctuha və fi əmanətikə əxəztuha və bikəlimatikə istəhləltu fərcəha fəin qəzəytə li fi rəhimiha şəy`ən fəc`əlhu muslimən səviyyən və la təc`əlhu şirkə şəytan.”

        Onun ayaqqabılarını çıxart və ayaqlarını yu, o suyu evin qapısından evin axırına qədər səp ki, bununla Allah taala yoxsulluğu evinizdən uzaqlaşdırsın, bərəkət və rəhmət evinizə daxil olsun və gəlin ruhi xəstəliklərindən və xora və dəri xəstəlikdən amanda olsun. Öz xanımını yeddi gün müddətində süd, sirkə, kişmiş və turş alma yeməkdən çəkindir. Elə ki, ona yaxınlaşmaq istədin, niyyətin bu olsun ki, nəfsini şeytandan qoruyasan və qəlbin aramlıq tapsın. Yanınızda olan adamları uzaqlaşdırıb qapıları bağla və pərdələri aşağı sal. Əvvəldə Bismillah de və haqq taaladan əməlisaleh, pak, təqvalı və sağlam övlad istə və beləliklə şeytanın şərindən Allaha pənah apar. (Şeyx Abbas Qummi)

No comments:

Post a Comment