Bismillahir-rahmanir-rahim

Friday, December 19, 2014

İslamda çörəyi əziz tutmaq (Üçüncü fəsil)

    Rəvayətdə buyurulub: Çörəyi əziz tutun, ona görə ki, bu işdə ərşdən yerə qədər mələklər də çalışıblar. həmçinin ən çox yer əhli çörəyə görə zəhmət çəkiblər, bununla da çörək ələ gəlmişdir. Ona görə də hazır olan yeməyi yeyib şükr edin və başqa bir şeyin intizarında olmayın. Rəvayətdə deyilir ki, əgər çörək olmasa namaz qılıb oruc tuta bilmərik. Bir sözlə çörəksiz Allah taalanın heç bir vacibatlarına əməl edə bilmərik. Buyurmuşlar ki, çörəyin hər bir böyük tikəsini kiçik hissələrə bölün, çünki hər tikənin bərəkəti vardır. Çörəyi yırtıcı heyvanlar kimi iyləmək düzgün deyil. həmçinin əlini çörəyə sürtmə, onu bıçaqla yox, əlinlə kəsməyin məsləhətdir. Bə`zi hallarda arpa çörəyi yeməyi unutma, çünki bu, peyğəmbərlərin və yaxşı insanların azuqəsidir. Arpa çörəyinin buğda çörəyinə nisbət dəyəri eynilə biz Əhli-beytin başqalarından üstünlüyümüz kimidir.

    Sol əlinlə yeyib-içmə, yalnız üzrün olarsa eybi yoxdur. İki barmaqla yemək yemə ki, bu cür yemək təkəbbürlülərin və şeytanın yeməyidir. həmişə öz qarşında olan tərəfdən yeməlisən, başqasının qarşısından heç nə götürmə. həmçinin yeməyin qırağından yeməyə başla, yuxarısından yox, çünki bərəkət yuxarıda olur. Tikəni kiçik et və yaxşı çeynə, bir də yeyərkən başqalarının üzünə az baxmağın yaxşıdır. Ət yeyəndə sümüyü çox təmizləmə, çünki cinlərin də orada payı var, yoxsa evdən elə bir şey itirərsən ki, o sümükdən üstündür. Mö`min qardaşının yanında ədəblə yeməyin məsləhətdir və onun bəyənmədiyi şeydən uzqlaş.


    Məsələn: O, yeyərkən ona baxmaq, yeməyə üfürmək, ondan əvvəl süfrədən əl götürmək kimi. Süfrənin başında çox oturmaq yaxşıdır, çünki o anlar nə qədər uzun çəksə də ömründən hesab olunmaz. (Şeyx Abbas Qummi)

No comments:

Post a Comment