Bilmək lazımdır ki, üzüklər üçün ən
gözəl qaş əqiqdir. O birinci daşdır ki, Allahın birliyini həzrət Məhəmməd (səlləllahu əleyhi və
alihi və səlləm)-in peyğəmbərliyini və həzrət Əmirəlmö`minin əleyhissalamın
vilayətini qəbul etmişdir. Üzərində əqiq qaş olan üzüyün barmaqda olması düşmənlərdən
və müxtəlif bəlalardan qorunmaq üçün faydalıdır. Əqiq qaş insanı yoxsulluqdan
xilas edər. hər kəs əqiq qaşlı üzük taxarsa hacətləri qəbul olar, ümid var ki,
aqibəti xeyirli olar, səfərdə əmin-amanlığa səbəb olar. Əqiq qaşlı üzüklə
qılınan namazın savabı onsuz qılınan qırx camaat namazına bərabərdir. İnsanı
zalım vəzifə sahiblərinin şərindən qoruyar və insanı bütün qorxduğu şeylərdən
hifz edər. Allah taala çox sevir ki, insan əlində əqiq qaşlı üzük olan halda
onun dərgahına əl açsın. Allah dərgahına açılan əllərdən heç biri əqiq üzüklü əl
kimi istəkli deyil. Rəvayət olunub ki, əqiq qaşlı üzüklə qılınan iki rükət
namaz əqiqsiz qılınan min rükət namazdan üstündür.
Əqiq daşından sonra fəzilətli
daşlar firuzə və qara daş olan Yəmən daşıdır. Rəvayətdə var ki, hər kəs firuzə
qaşlı üzük taxsa əli bərəkətli olar. həmçinin qara Yəmən daşı olan üzüklə
qılınan bir namaz, onsuz qılınan yetmiş namaza bərabərdir. həmin daşın Allaha
etdiyi zikr və istiğfarın bütün savabı öz sahibinə yazılar. həzrət Peyğəmbər (səlləllahu
əleyhi və alihi və səlləm) buyurdu:-hər iki cahanın xaliqi olan Allah
buyurur:-hər hansı bir bəndəm barmağında firuzə olan üzüklə Mənə əl açıb Məndən
bir şey istəsə onu ümidsiz qaytarmağa həya edərəm.
İmam Sadiq əleyhissalam
buyurur:-Çox istəyirəm ki, hər bir mö`minin əlində beş dənə üzüyü olsun.
“Yaqut”
hədisdə buyurulmuşdur:-Yaqut
daş-qaşın ən iftixarlısıdır. Əqiq də Allah üçün və biz Əhli-beyt üçün daşların
xalisidir. Firuzə gözü qüvvətləndirər, sinəni günişləndirər və ürəyin qüvvəsini
çoxaldar. həmçinin firuzə əlində olan şəxs bir iş dalınca getsə öz mətləbinə
çatar. Çin dəmirinin həmişə barmağa taxılmasını sevmirəm, lakin bu üzüyün şər
adamın yanına gedərkən barmaqda olmasından acığım gəlmir. Şeytanı uzaq etdiyi
üçün məsləhətdir ki, əldə olsun.
Beşinci: həmin dürdür ki, Allah
taala onu Nəcəfdə üzə çıxarmışdır. həqiqətən hər kəs onu barmağına taxsa, hər
iki cahana malik olan qadir Allah hər dəfə ona nəzər saldıqda onun üçün həcc və
ümrənin savabını onun əməl dəftərinə yazar və o, peyğəmbərlərin savabında olar.
Əgər Allah taala şiələrimizə rəhm etməsəydi onun bir qaşı çox baha olardı. Amma
Allah taala onu ucuz etmişdir ki, dövlətli və kasıb, hamı barmağına sala
bilsin. (Şeyx Abbas Qummi)
Salam
ReplyDeleteSalam
ReplyDelete