Bismillahir-rahmanir-rahim

Wednesday, April 27, 2016

İslamda bədənə nurə qoymaq və qol altından tükləri təmizləməyin fəziləti (Dördüncü fəsil)

     Bədənə nurə (tük tökən maddə) qoyulması peyğəmbərlərdən qalmışdır.
Bu iş bədəni təmiz saxlayar. Nurə qoymaq insanı ürək sıxıntısından və həyacanlı hallardan qoruyar.
İmam Museyi Kazim əleyhissalam buyurur ki,

Monday, April 18, 2016

İslamda baş və bədənin sidr və xətmi bitkiləri ilə yumağın fəziləti (Üçüncü fəsil)


   həzrət Əmirəlmö`minin əleyhissalam buyurmuşdur ki, başı yumaq çirkləri təmizləyib göz ağrılarını aradan aparar. Paltarı yumaq isə insandan qəm-qüssəni uzaqlaşdırar və bu iş namaz üçün təmizlikdir. O həzrət yenə buyurub: Özünüzü həmişə su ilə yuyub pak edin ki, başqaları sizin bədəninizin pis iyindən əziyyət çəkməsinlər. Daim öz bədəninizin təmiz olmasına çalışın. həqiqətən Allah taala bədəni kəsafətli və iyli olan və başqaları onun yanında oturmaqdan əziyyətə düşən şəxsləri düşmən tutar.
     Başı sidr və xətmi ilə yumağın çox böyük fəziləti vardır. həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz başını həmişə sidr yarpağı ilə yuyar və buyurardı:

Saturday, April 2, 2016

İslamda hamamda qadağan edilmiş və icazə verilmiş işlər haqqında (İkinci fəsil)


   hamamda arxası üstü və böyrü üstə uzanmaq böyrək piyini əridər. Bişmiş kərpic ilə və saxsı ilə dabanını təmizləmə, çünki bu iş xora xəstəliyinə səbəb olar. Özünü başqalarının ayıb yerlərinə baxmaqdan qoru, hətta öz övladının da. Belə et ki, Allah taala səni cəhənnəmin qaynar suyundan qorusun. Rəvayətdə var ki, hamamda başqasının ayıb yerinə baxan və ya qətifəsiz hamama gedib və başqaları onun ayıb yerinə baxanlara Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) lə`nət göndərmişdir. hamamda baş daramaq həm saçı seyrək edər, həm də onun tökülməsinə səbəb olar. həmçinin hamamda diş fırçalama, çünki dişlərin tez tökülər. Qətifə ilə baş və üzünü silmə. Bu, sənin abır-həyanın getməsinə səbəb olar. heç vaxt başını gil ilə yuma, çünki rəvayət olunub ki, bu iş insanı qeyrətsiz edər.
     Gil haqda olan bu rəvayət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edilmişdir. Ola bilər həzrətin məqsədi Misir gili olub və buyurub ki, Misir gili ilə başınızı yumayın. həmçinin buyurub: