Bismillahir-rahmanir-rahim

Wednesday, April 27, 2016

İslamda bədənə nurə qoymaq və qol altından tükləri təmizləməyin fəziləti (Dördüncü fəsil)

     Bədənə nurə (tük tökən maddə) qoyulması peyğəmbərlərdən qalmışdır.
Bu iş bədəni təmiz saxlayar. Nurə qoymaq insanı ürək sıxıntısından və həyacanlı hallardan qoruyar.
İmam Museyi Kazim əleyhissalam buyurur ki,
əgər bədənin tükü çoxalarsa kürəyin suyunu (nütfəni) azaldar. Yəni o, insanda uşaq olmamaq qorxusu yarada bilər. Bədəni süst və tənbəl hala gətirər.
     Bədənə nurə qoymaq belin suyunu çoxaldar və bədəni qüvvətləndirər və böyrəyin piyini çoxaldar. Və bədəni kökəldər.
     Qol altında tük saxlamaq məzəmmət olunmuşdur. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və
səlləm) öz ümmətinə tövsiyə olaraq buyurmuşdur: Qol altı tüklərinizi uzatmayın, əks təqdirdə şeytan
orada özünə yer edib gizlənər.
     Rəvayət olunur ki, qolun altını təzmiləmək üçün onu qırxmaqdan nurə qoymaq üstündür, qopartmaqdan isə qırxmaq yaxşıdır.


(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com



No comments:

Post a Comment