hamamda arxası üstü və böyrü üstə uzanmaq böyrək piyini əridər. Bişmiş kərpic ilə və saxsı ilə dabanını təmizləmə, çünki bu iş xora xəstəliyinə səbəb olar. Özünü başqalarının ayıb yerlərinə baxmaqdan qoru, hətta öz övladının da. Belə et ki, Allah taala səni cəhənnəmin qaynar suyundan qorusun. Rəvayətdə var ki, hamamda başqasının ayıb yerinə baxan və ya qətifəsiz hamama gedib və başqaları onun ayıb yerinə baxanlara Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) lə`nət göndərmişdir. hamamda baş daramaq həm saçı seyrək edər, həm də onun tökülməsinə səbəb olar. həmçinin hamamda diş fırçalama, çünki dişlərin tez tökülər. Qətifə ilə baş və üzünü silmə. Bu, sənin abır-həyanın getməsinə səbəb olar. heç vaxt başını gil ilə yuma, çünki rəvayət olunub ki, bu iş insanı qeyrətsiz edər.
Gil haqda olan bu rəvayət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edilmişdir. Ola bilər həzrətin məqsədi Misir gili olub və buyurub ki, Misir gili ilə başınızı yumayın. həmçinin buyurub:
Misirdə hazırlanan kuzələrdə su içməyin, bunlar insana xarlıq, zillət və qeyrətsizlik gətirər. İmam Baqir əleyhissalam buyurub: Başımı Misir gili ilə yumağı heç sevmirəm. Məni xar və qeyrətsiz edəcəyindən qorxuram.
İbni Babəveyh (r.ə)-dən nəql olunur ki, o istifadəsi qadağan edilmiş gilin Misir gili və saxsının Şamdan gələn saxsı olduğunu bildirmişdir.
hamamda bövl (sidik) etmə, bu sənə yoxsulluq və pərişanlıq gətirər. həmçinin əgər hamamda qətifəsiz adamlar olarsa onlara salam vermə.
(Şeyx Abbas Qummi)
QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com
No comments:
Post a Comment