Bismillahir-rahmanir-rahim

Friday, March 25, 2016

İslamda hamama daxil və xaric olmaq qaydaları, həmçinin orada oxunan duaların fəzilətləri (Birinci fəsil)

     hamam insanın bəlğəminə dərmandır. Rəvayətdə buyurulur: hamam elə bir gözəl evdir ki, cəhənnəmi insanın yadına salır və bütün çirkləri bədəndən təmizləyir.
     hər gün hamama getmək yaxşı deyil. Çünki hamama hər gün getmək insanın böyrəyində olan piy qatlarını əridib su halına salır. Bu isə bədəni zəiflədib onu sell xəstəliyinə düçar edər. Lakin iki gündən bir hamama getmək yaxşıdır. Bu cür etdikdə bədənin fəaliyyəti yaxşılaşır, əti isə çoxalır. Qadınların isti havada ki, hamama ehtiyacları yoxdur və həmçinin gəzib-dolanmaq üçün hamama getmələri pislənilibdir.
     hər vaxt hamama getmək istəsən çərşənbə günü get. hamama qətifəsiz daxil olma. Nəql olunub ki,
 Allaha və qiyamət gününə imanı olan şəxs hamama girərsə Allah taala eybləri örtən pərdə ilə onu örtər.
     həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) asiman altında (üstü açıq yerdə) qətifəsiz qüsl etməyi qadağan etmişdir. həzrət buyurub ki, qüsl üçün çaya daxil olarkən qətifəsiz getməyin, çünki çay sularında mələklər sakindirlər.
     həmçinin heç vaxt tox halda hamama getməyin, lakin ac da olmayın, az miqdarda bir şey yeməlisiniz ki, bu cür etmək mə`dənin hərarətini və öd kisəsini tənzimləyər və bədənin ətini çoxaldar.
     hamama daxil olduqda paltarlarını soyunduğun zaman bu duanı oxu:
     "Əllahummə ənzi`ənni ribqətən-nifaqi və səbbitni ələl-iman."
     Birinci otağa girən zaman oxu:
     "Əllahummə inni əuzu bikə min şərri nəfsi və əstəizu bikə min əzah."
     İkinci otağa girərkən bu duanı oxu:
     "Əllahummə əzhib ənnir-ricsən-nəcəsə və təhhir cəsədi və qəlbi."
     Nəhayət hamamın sonuncu hissəsinə çatanda oradan xaric olana qədər bu duanı təkrar-təkrar oxu:
     "Nəuzu billahi minən-nari və nəs`əluhul-cənnətə."
     hamamda olarkən soyuq su içmə, yemiş yemə, çünki bunlar mə`dəni xarab edərlər. Öz üzərinə soyuq su tökmə ki, bədənin zəifləyər, lakin hamamdan çıxanda ayaqlarına soyuq su tök, qoy bədənindən dərdləri çıxartsın. hamamdan çıxarkən ayaqları yumaq insanın gicgah ağrılarını aradan aparar. hər vaxt hamamdan çıxsan başını bağla. Rəvayətdə vardır ki, İmam Muhəmməd Baqir əleyhissalam və İmam Cəfər Sadiq əleyhissalam hamamdan çıxarkən başlarına əmmamə sarıyardılar. Onların buyruğuna görə bu iş insanın başını ağrılardan qoruyar.
     Yaxşı olar ki, hamamdan çıxarkən Allaha şükr edəsən. Şükr edərkən belə de: Bu ne`mətinə görə Allaha şükr olsun.
     Qış fəslində isti su elə ne`mətlərdəndir ki, onun üçün insan sorğu-sual olunacaqdır. Paltarını geyinməyə başlayanda bu duanı oxu:
     "Əllahummə əlbisnit-təqva vəcənnibnir-rəda."
     Paltar geyinmə qaydaları əvvəlki fəsildə qeyd olundu. Mö`min qardaşların hamamdan çıxarkən onlara bu sözlərlə təbrik de:
     "Təhurə ma tabə minkə və tabə ma təhurə minkə."
     Yə`ni: Allah taala səni bağışlamaqla sənin batinini pak etsin və hamamda paklanan bədən üzvlərinə itaət tofiqi versin və günahlarını bağışlamaqla səni cahillikdən və pis əməllərdən paklasın.
     Başqası sənə təbrik dedikdə, de ki:
     "Ən`əməllah baləkə."
     "Yə`ni: Allah sənin halını yaxşılaşdırsın.

(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com



No comments:

Post a Comment