Bismillahir-rahmanir-rahim

Saturday, March 12, 2016

İslamda gülab, qızıl gül və güllərin bə`zi növləri haqqında və gül iyləmək ədəbləri (Beşinci fəsil)

     Bil ki: hədisdə buyurulana əsasən üzə gülab vurmaq insanın həyasını çoxaldır, pərişanlığı da ondan uzaqlaşdırır. hər kəs üzünə gülab vursa o gündə ona qəmginlik üz verməz. Gülabı əlinə və üzünə çəkib Allaha həmd, Peyğəmbər və onun Əhli-beytinə isə salavat göndər. hər kəs ramazan ayının birinci günü bir ovuc gülab götürüb başına tökərsə bütün il ərzində baş və bədən ağrılarından amanda olar.
     hədisdə gəlib ki, qızıl gül  ən üstün cənnət güllərindəndir. hədisdə buyurulur:
 Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)  asimana me`rac edən zaman ondan torpağa bir necə qətrə tər düşməsi nəticəsində qızıl gül vücuda gəlmişdir. Digər rəvayətdə isə nəql olunur ki, həzrət Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) me`racdan qayıtdıqda yer üzü şadlanaraq ondan qızıl gül bitdi.
     Başqa fəzilətli güllər də var: Məsələn, ağ gül, nərgiz və mərzənquş (reyhan). Nəql olunub ki, ağ gül iyləməyin və nərgiz gülünün yağını bədənə çəkməyin çox fəziləti vardır.
     hədisdə gəlib ki, mərzənquş gülünü iyləmək duyğu hissiyatını gücləndirər və gözün şəfasına səbəb olar.
     İmam Sadiq əleyhissalam buyurur:-Güllərin iyirmi bir növü var, onların ən üstünü murid gülüdür.

                                                                     Gül iyləmək ədəbləri
     hər vaxt sənə bir şəxs gül verərsə onu alıb iyləməli və gözlərinin üstünə qoymalısan. Çünki gül cənnətdən gəlmişdir. həmçinin bu vaxt Peyğəmbər və onun ailəsinə salavat göndər ki, günahların bağışlansın. Rəvayətdə var ki, hər kəs gülü bu tərzlə iyləyərsə Allah taala onun üçün Məkkə ilə Şam və İraq arasında olan çölün qumlarının sayı qədər savab yazar. həmçinin o qədər olan günahlarını da bağışlayar.
     Əllamə Məclisi (r.ə) buyurur: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə bir rəvayət vardır: həzrət buyurdu:-Elə ki, məni göylərə me`raca apardılar, mənim bədənimdən torpağa bir neçə damcı tər töküldü və bununla da qızıl gül bitdi. Sonra o gül dəryaya düşdü. Bu zaman bir balıq onu götürmək istədi. Suyun ortasında olan "Də`mus" adlı bir canlı ilə həmin balığın arasında çəkişmə oldu. Allah taala bir mələk göndərdi ki, onların arasında hakimlik etsin. Beləliklə mələk onun yarısını balığa, o biri yarısını isə həmin Də`mus deyilən heyvana verdi. Elə ona görə də gülün alt hissəsində beş dənə yaşıl yarpaq vardır ki, onlardan ikisi balığın quyruğu şəklindəndir, digər ikisi də Də`musun quyruğuna bənzəyir, beşinci yarpaq isə onların hər ikisinə oxşayır.

(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com

No comments:

Post a Comment