Bismillahir-rahmanir-rahim

Sunday, February 28, 2016

İslamda bitki növlərindən bə`zilərini yandırıb tüstüsünü ağız və buruna çəkmək haqqında (Dördüncü fəsil)

     Yaxşı olar ki, kişilər imkan dairəsində öz paltarlarını bə`zi xoş ətirli tüstülərə versinlər. həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) hindistanda olan ud adlı bitkinin tüstüsünü qəbul edər və buyurardı: Sizə bu uddan istifadə etməyi tövsiyə edirəm. Çünki onun yeddi dərdə şəfası vardır. Rəvayətdə var ki, oruc tutan kişi üçün ən böyük və üstün hədiyyə odur ki, onun saqqalına yağ çəkib paltarına isə ud tüstüsü hopdurasan. həmçinin oruc tutmuş qadının da ən gözəl töhfəsi odur ki,
onun hörüklərinə daraq çəkib paltarını da ud tüstüsünə tutarsan.
     Seyyid ibni Tavus (r.ə) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edir ki, o həzrət ud tüstülənən zaman bu duanı oxuyardı (başqa bir rəvayətdə var ki, həm uddan istifadə edərkən həm də ətir vurduqda bu duanı oxusunlar):
     "Əlhəmdu lillahi Rəbbil-aləmin. Əllahummə əmti`ni bima rəzəqtəni fəla təslubni ma xəvvəltəni vəc`əl zalikə rəhmətən vəla təc`əlhu vəbalən ələyyə, Əllahummə təyyib zikri bəynə xəlqikə kəma təyyəbə bəşəri və nuşuri bifəzli ni`mətikə indi."

(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com



No comments:

Post a Comment