İmam Sadiq əleyhissalam buyurur:-Bədəninizə yağ çəkən zaman yağı əlin içinə töküb bu duanı oxuyun:
"Əllahummə inni əs`əlukəz-zəynə vəz-zinətə vəl-məhəbbətə və əuzu bikə minəş-şəyni vəş-şənəani vəl-məqt."
Sonra əlinizi başınızın yuxarı hissəsinə qoyub oradan aşağı çəkməyə başlayın.
Kişilər üçün yağı hər gün bədənə çəkmək yaxşı deyil və hədislərdə buyurulmuşdur ki, kişilər bunu ayda bir dəfə, bə`zi hədislərə əsasən isə həftədə bir, ya iki dəfə çəkə bilərlər. Lakin qadınların hər gün yağ çəkmələri pis deyil. Bunu da deyək ki, yağların ən üstünü bənövşə yağıdır. Onun sair yağlardan üstünlüyü İslam dininin başqa dinlərdən üstünlüyü kimidir. İmam Sadiq əleyhissalam buyurur:-Bənövşə yağının fəziləti eynilə bizim başqa insanlara nisbət fəzilətimiz kimidir. O həzrət başqa bir yerdə də buyurur:-Sizin hazırladığınız şeylərin arasında bənövşə yağından çox sevdiyimiz şey yoxdur.
Bənövşə yağının faydaları aşağıdakılardan ibarətdir:
Bənövşə yağından istifadə etmək göz və baş ağrılarını aradan aparır, insanı qışda isti, yayda isə sərin saxlayar, ağlı islah edər. Nəql ediblər ki, əgər insanlar onun dəyərini bilsələr onun hər vuqyəsini (Yeddi misqalını) bir qızıl pula alarlar.
həzrət Əmirəlmö`minin əleyhissalam Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edərək buyurur:-Bənövşə yağını burnunuza damızdırın. Əgər camaat onun faydasını bilsəydilər onu yeyərdilər.
Ban yağının fəziləti
İmam Sadiq əleyhissalam buyurur:-Ban yağı ən üstün və keyfiyyətli yağlardandır.
Onun meyvəsinə hind fısdığı deyirlər və ondan həmin ban yağı istehsal edirlər. Bu yağın göbəyə və ayaqlara sürtülməsi onlarda olan çatlara qarşı çox faydalıdır. Nəql olunan rəvayətlərə əsasən, bu yağ insanı bir çox dərdlərdən qoruyar. Peyğəmbərlər özləri də bu yağdan istifadə edərdilər. həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edirlər ki, hər kəs ban yağını bədəninə çəkib şeytana yaxın bir yerdə yatarsa İlahinin qüdrəti qoymaz şeytan ona zərər yetirsin. Lakin zanbaq yağı barədə nəql edilir ki, bədən üçün ondan tə`sirli və faydalı yağ yoxdur.
İmam Museyi Kazim əleyhissalam və İmam Rza əleyhissalam onu öz burunlarına damızdırardılar. həmçinin onun mənfəətinin çox olduğunu, hətta yetmiş dərdə şəfa verdiyini nəql etmişlər. Bu barədə Əllamə Məclisi (r.ə) buyurur:-Zanbaqdan məqsəd ağ zanbaqdır və ona bir çox hədislərdə raziqi deyilmişdir.
Bə`zilərinin sözündən zanbağın ağ yasəmən olması başa düşülür. Zeytun və küncüd yağları da faydalı yağlardandır. həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əmirəlmö`minin əleyhissalama buyurdu:-Ey Əli, zeytun yağından yemək üçün istifadə et və onu bədəninə çək. hər kəs bunu etsə şeytan qırx gün ondan uzaq olar.
Rəvayətdə var ki, həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) burnuna küncüd yağının damcıladılmasını sevirdi. O həzrət baş ağrıları olan zaman burnuna küncüd yağı damcıladardı.
(Şeyx Abbas Qummi)
QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com
No comments:
Post a Comment