Bismillahir-rahmanir-rahim

Sunday, February 7, 2016

İslamda Müşk deyilən ətrin fəziləti (İkinci fəsil)

     Rəvayətdə vardır ki, İmam Zeynəlabidin əleyhissalamın bir şüşə qabda müşkü var idi. O həzrət onu canamazına qoyar və hər namaz vaxtı onu özünə vurardı. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) özünə o qədər müşk vurardı ki, müşkün rəngi onun mübarək alnının ortasından zahir olardı. Nəql edirlər ki, İmam Rza əleyhissalamın evindən bir kiçik qabı çölə çıxartdılar. Onun içində xanalar var idi ki, hər xanada bir ətir qoyulmuşdu. Bir xanada isə müşk qoyulmuşdu.
     həmçinin buyurublar ki, müşkü yeməyin içinə də tökmək olar.
     hədislərdə...
tə`rif edilmiş xoş ətirli maddə var ki, ona xəluq deyilir və o bir neçə şeydən əmələ gəlir ki, onun bir hissəsi zəfərandır. Lakin onu çox istifadə etmək olmaz.
     Rəvayətdə var ki, bir gecə İmam Zeynəlabidin əleyhissalam evdən gəzməyə çıxan zaman özünün xəzdən olan əbasına, bir də mübarək saqqalına qiymətli ətir olan qaliyə vurmuşdu. həzrətdən o gecə niyə bu şəkildə gəzməyə çıxdığını soruşdular. həzrət buyurdu:-haqq taalaya ibadət və Onun cənnət hurilərindən elçilik etmək istəyirəm.
     İbadət üçün bəzənmək və xoş ətirli olmaq da Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sünnətidir. Nəql edirlər ki, İmam Rza əleyhissalam üçün bir qab müşk hazırladılar. Onun dəyəri yeddi yüz dirhəm olmuşdu. Elə bu səbəbə görə xəlifə Mə`munun vəziri Fəzl ibni Səhl İmama məktub yazıb bildirdi ki, xalq bunu sizə eyb tutur. İmam cavabında buyurdu:-Məgər bilmirsən ki, Yusif əleyhissalam Allahın peyğəmbəri olduğu halda qızıl kürsülərdə oturardı? Lakin bununla belə onun məqamından cüz`i bir şey də olsa azalmadı.
     Ona görə də həzrət Rza əleyhissalam göstəriş verdi ki, o qiymətli qaliyyə adlı ətirdən dörd min dirhəmlik hazırlasınlar.
(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com



No comments:

Post a Comment