qüvvətləndirər, qəm-qüssəni insandan uzaqlaşdırar və cinsiyyət qüvvəsini çoxaldar. Bığa ətir vurmaq peyğəmbərlərin əxlaqındandır. həmçinin əməl yazan mələklərə hörmət əlamətidir. Xoş ətiri tərk etmək kişi üçün yaxşı iş deyil. Əgər imkanı olmasa iki gündən bir, əgər o da mümkün olmasa hər cümə ətirlənməyi tərk etməsin. Bir insanın ətirli halda qıldığı namazı ətirsiz namaz qılanın yetmiş namazından üstündür. hər bir həddi-buluğa çatmış insana lazımdır ki, hər cümə günü bığ və dırnaqlarını tutsun və xoş ətirli mayelərdən özünə vursun. Mə`sumlardan tə`kidli rəvayətdə buyurulur:-Cümə günlərində xoş ətri tərk etməyin. hətta qadınların ətirli paltarlarını üzlərinə sürtməklə olsa belə. Onu bir az nəm edib üzə çəkmək olar. Xoş ətir üçün nə qədər pul xərcləsən israf deyil. həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) yeməkdən çox ətirə pul xərcləyərdi. Kişilərdə gərək xoş ətrin qoxusu aşkar olsun rəngi isə yox, lakin qadınlarda əksinə olmalıdır. İmam Museyi Kazim əleyhissalam buyurur:-Çərşənbə axşamı dırnağınızı tutun, çərşənbə günü hamama gedin, cümə axşamı həcamət edin və ən gözəl ətirlərinizi cümə günü istifadə edin, Rəvayətdə buyurulub ki, qadınlar gərək həmişə öz ərləri üçün ətir vursunlar. Lakin qadınlar evdən kənara gedəndə ətir vurmamalıdırlar. Buyurulmuşdur ki, hər bir qadın xoş ətir vurub evdən çölə gedərsə, qayıdana qədər Allah onu lə`nətləyər.
Ətiri rədd etmək
hər zaman bir şəxs sənə ətir versə onu qəbul etməlisən, çünki bu kəramətli bir işdir. Kəraməti eşşəkdən başqa heç kim rədd etməz. həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) iki şeyi heç vaxt rədd etmədi, ətri və şirniyyatı.
O cümlədən də Əmirəlmö`minin əleyhissalam buyurur:-Mən heç vaxt ətri rədd etmərəm.
(Şeyx Abbas Qummi)
QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com
No comments:
Post a Comment