Bismillahir-rahmanir-rahim

Wednesday, January 6, 2016

İslamda Dırnaq tutmağın fəziləti və onun müəyyən vaxtları (Beşinci fəsil)

    Nəzərinizə çatdıraq ki, dırnaq uzandıqda şeytan orada özünə yer edir və insanın yaddaşının zəifləməsinə səbəb olur.
    Dırnaq tutmaq tə`kid olunmuş sünnətlərdəndir. Rəvayətdə var ki, dırnaq tutmaq insandan böyük dərdləri uzaqlaşdırar, ruzini də çoxaldar. Lakin qadınlar gözəllik üçün dırnaqlarını azacıq uzatsalar eybi yoxdur. Cümə günləri dırnaq tutmaq çox yaxşıdır və bu əməl insanı xora xəstəliyindən, korluqdan və dəri xəstəliyindən qoruyar. həmçinin dırnaq tutmaq və bığı azaltmaq başı isə xətmi bitkisi ilə hər cümə günü yumaq yoxsulluğu uzaqlaşdırar və ne`məti bol edər. Əgər dırnaq o qədər uzanmayıb ki, tutmaq olsun, onu yegələmək kifayətdir. İmam Cəfər Sadiq əleyhissalamın hüzuruna gəlib ərz etdilər:

-Bizə belə bir hədis çatıb ki, sübh azanından günəş çıxana qədər dualar oxumaq ruzinin çoxalması üçün bir şəhərdən başqa bir şəhərə səfər etməkdən üstündür.
   həzrət buyurdu:-İstəyirsiniz sizə elə bir şey öyrədim ki, onların hamısından mənfəətli olsun?
 Onlar öz razılıqlarını bildirdikdə həzrət buyurdu:-hər cümə günü bığ və dırnaqlarınızı azaldın, hətta yegələməklə olsa belə. Onları cümə axşamı azaltmaq ruzinin bolluğuna, göz ağrısının aradan getməsinə və övladın çoxalmasına səbəb olar.
   həm cümə gününün, həm də cümə axşamının hər ikisinin fəzilətinə nail olmaq istəyən şəxs cümə axşamı dırnaqlarını tutub barmaqlarından birini cüməyə saxlasın. Yaxud onların hamısını cümə axşamı günü tutsun cümə günü isə yegələsin. Dırnaq tutarkən yaxşı olar ki, sağ əlinin kiçik barmağından başlayıb sol əlinin kiçik barmağında sona çatdırasan, yaxud da bu deyilənin əksinə, ya da sağ əlinin kiçik barmağından başlayıb sol əlin şəhadət barmağına qədər davam edərsən.
   Əllamə Məclisi (r.ə) deyir: Ehtimaldan çox da uzaq deyil ki, çərşənbə günü dırnağını tutarsa bu işə sol əlindən başlasın. Cümə axşamı dırnağını tutarsa hər iki əlinin kiçik barmağından başlasın, lakin cümə günü ya başqa günlərdə tutarsa sol əlinin kiçik barmağından başlayıb sağ əlinin kiçik barmağında bitirsin. Lakin hər hansı bir gün olursa olsun sol əlinin kiçik barmağından başlaması çox yaxşıdır. Necə ki, Əli ibni Babəveyh (r.ə) buyurmuşdur.
   Dırnaqları tutarkən bu duanı oxu:
 "Bismillahi və billahi və əla sünnəti Muhəmmədin və ali Muhəmmədin səlləllahu ələyhi və alihi və səlləm."
(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com





No comments:

Post a Comment