Bismillahir-rahmanir-rahim

Friday, January 22, 2016

İslamda baş və saqqalı daramağın fəziləti və müəyyən vaxtları və daraqların növləri (Yeddinci fəsil)

     Başa daraq çəkmək insandan yoxsulluğu və dərd-qəmi uzaq edər. həmçinin ruzini çoxaldar, saçı gözəlləşdirər. İnsanın mətləbi tez yerinə yetər, kürəyi qüvvəli edər, bəlğəmi aradan aparar və övladın çox olmasına səbəb olar. həmçinin daraq çəkmək qızdırmanı aradan aparar, cinsi qüvvəni gücləndirər, dişin dibini möhkəmləndirər. Saqqalın aşağısını darayan şəxsdən taun xəstəliyini uzaqlaşdırar. Üzü daramaq isə dişlərin arasını sıxlaşdırır.
     Rəvayətdə var ki,

 İmam Sadiq əleyhissalam həmişə öz canamazının yanında daraq saxlayardı və namazı qılıb qurtardıqda dərhal saqqalına daraq çəkərdi.
     Qur`anın "Xuzu zinətəkum ində kulli məscidin." ayəsinin təfsirində İmam Museyi Kazim əleyhissalam buyurur ki, hər namazdan əvvəl daraq çəkmək bu ayəyə əməl etməkdir.

                                                          Daraq çəkməyin qaydaları
     hər vaxt daraqdan istifadə etsən oturmağın məsləhətdir, çünki bu işin nəticəsində insanın ürəyi qüvvəli, dərisi isə möhkəm olar. heç vaxt ayaq üstə baş daramayın ki, bu iş ürəyi zəiflədər və insanı yoxsulluq, narahatlıq gətirər.
     İmam Sadiq əleyhissalamdan nəql olunur ki, hər kəs ayaq üstə daraq çəkərsə borc içində olar.
   
hamamda da daraq çəkməyin ki, bu tüklərinizin seyrək olmasına səbəb olar.

                                                          Daraq çəkən vaxt oxunan dualar
     Başını daramaq istədikdə oturursan, darağı sağ əlinə alıb başının yuxarı tərəfinə qoyub bu duanı oxumağa başlayırsan:
     "Əllahummə həssin şə`ri və bəşəri və təyyibhuma vəsrif ənnil-vəba."
     Sonra başın arxasına daraq çəkərək deyirsən:
     "Əllahummə la təruddəni əla əqibi vəsrif ənni keydəş-şəytani və la tuməkkinhu min qiyadi fəyəruddəni əla əqibi."
     Qaşları darayarkən bu cür deyirsən:
     "Əllahummə zəyyinni bizinətil-huda."
     Saqqalını darayan zaman saqqalı yuxarıdan aşağıya tərəf darayır və bundan sonra darağı sinənə sürtüb deyirsən:
     "Əllahummə sərrih ənnil-ğumumə vəl-humumə və vəhşətəs-sədri və vəsvəsətəş-şeytan."
     Sonra darağı saqqalın aşağı hissəsindən yuxarıya doğru apararaq "Qədr" surəsini oxuyursan.
     hədislərdən belə bir nəticəyə gəlirik ki, bütün İmamlar (əleyhimussalam) fil sümüyündən olan daraqdan istifadə edərdilər. Rəvayət olunur ki, onunla baş daramaq qızdırmanı yox edər.
     İmam Sadiq əleyhissalamdan nəql olunur ki, gümüş daraqla baş daramaq məkruhdur.
(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com




No comments:

Post a Comment