İstər gecə, istərsə
də gündüz tamamilə lüt olmaq məkruhdur. hər vaxt insan lüt olduqda şeytan ona tərəf
nəzər salır və ona tamah yetirir ki, onu günaha salsın, ona görə də həmişə
paltar soyunan zaman Bismillah de
ki, cinlər onu geyə bilməsinlər. həmçinin onu bədənindən çıxartdıqda səliqə ilə
bük. Belə etsən paltarın tez zay olmaz. Xüsusilə də gecə vaxtlarında. Əgər onu
dağınıq halda qoysan cinlər onu geyərlər. Paltarı geyindiyin zaman gərək niyyətin
öz eybini örtmək və Allahın ne`mətlərini
müsəlmanlara göstərmək olsun. Ona görə ki,
Allah taala zinəti və onun ne`mətini göstərməyi xoşlayır.
hər hansı bir
paltarı geyinəndə sağdan başla, soyunanda isə soldan və Allahın adını dilinə gətirməyi
unutma. Geyinib qurtardıqdan sonra Allaha həmd və şükür elə.
hər zaman təzə
paltar geyindin, çalış ki, köhnəsini yoxsula verəsən, bununla da həmişə Allahın
pənahında, nəzərində olarsan. O paltar ki, onda Allaha ibadət etmisən onu heç
vaxt satma. Evdən çölə getdiyin zaman geydiyin paltarı evdə geymə, yoxsa israf
etmiş olarsan. Rəvayətdə var ki, bir gün İshaq ibni Əmmar İmam Sadiq əleyhissalamdan
soruşur:-Olar ki, mö`minin on dənə köynəyi olsun? İmam buyurur:-Bəli olar.
Çünki bu mal zay etmək deyil. Paltarı, hər hansı bir geyimi o zaman zay etmiş
olarsan ki, təzə paltarı köhnə yerinə istifadə edəsən.
Belə bir rəvayət
nəql olunub ki, arxalığın və köynəyin düymələrini açıq qoymaq Lut qövmünün əxlaqındandır. (Şeyx Abbas Qummi)
No comments:
Post a Comment