Bil ki, mö`minlərə ziyafət
etməyin və yemək verməyin savabı çoxdur. Rəvayətdə var ki, bir mö`min kəslə
Allaha xatir qardaşlıq edib onu doyurmaq, ona çörək vermək və yardım etmək on
yoxsula yardım etməkdən üstündür. həmçinin buyurulur ki, üç mö`minə çörək vermək
yeddi qulu azad etməkdən üstündür. İmam Sadiq əleyhissalam buyurur:-Mö`min
qardaşımın mənim yanımda bir tikə yemək yeməsi bir qul azad etməkdən daha çox
sevirəm. həzrət Əmirəlmö`minin əleyhissalam buyurur:-hər bir mö`min bir qonaq səsi
eşitdikdə buna şad olarsa günahları bağışlanar. Yenə hədisdə gəlib ki, əgər bir
evə qonaq gələrsə qonaq ruzisini özü ilə gətirər. Qonaq yeməyə başladıqda Allah
taala ev sahibinin günahlarını bağışlayar və onu hidayət edər. Başqa bir rəvayətdə
buyurulur: Əgər bir şəxs min dirhəm təam məsrəf etmiş olarsa və o süfrədən bir
mö`min yemək yeyərsə süfrənin sahibi israf etməmişdir. Qiyamət gününə və Allaha imanı olan şəxs gərək
öz qonağını əziz tutsun. Buna görə də əgər qonağın gəlmiş olsa hər nəyin varsa
süfrəyə gətir və hətta o az da olsa sən onu az hesab etmə. Evə qonaq gəldikdə
evdə olan ne`mətlə kifayətlən və özünü çətinliyə salma, amma qonaq də`vət
etdiyin təqdirdə bacardığın qədər tədarük gör. Mö`minin öz mö`min qardaşına
olan məhəbbətinin miqdarı onun təamından yediyi qədərdir. Yə`ni qonağın yeməsi
onun ev sahibinə olan məhəbbəti qədərdir. himmətli və səxavətli adam odur ki, həmişə
camaatın çörəyindən yeyər, təki onun da çörəyini yesinlər. Lakin xəsis insan
heç kəsin çörəyini yeməz ki, onun da çörəyini yeməsinlər.
Beş
münasibətlə ziyafət vermək sünnətdir (müstəhəbdir).
1-Toy məclislərində
2-Əqiqə
edərkən
3-Oğlan
uşaqlarının sünnət məclisində
4-Təzə
ev almaq və ya tikmək münasibəti ilə
5-Bir səfərdən
evinə qayıtmaq münasibəti ilə verilən qonaqlıq.
Təkcə
varlıları süfrə başına yığmaq qadağan olunub.
Ziyafət həddi üç gündür. Əgər üç günü keçərsə
qonaqlıq sədəqə hesab olunar.
Qonağın gələrsə ona göstəriş vermə və sənə xidmət
etməyə qoyma. hətta bir çırağı təmizləməklə olsa belə. Onun üçün diş çöpü hazırla
və onu yola salarkən evin qapısına qədər get.
Də`vət
olunmadığın qonaqlığa getmə. heç vaxt ev sahibinə hökm etmə və o, harada sənə
yer göstərsə orada əyləş. hər bir müsəlman səni ziyafətə də`vət edərsə onu qəbul
etməlisən. Çünki mö`minlərin bir-biri üzərində olan vacib haqqlarından biri də
budur.Əgər müsəlmanlar səni beş mil məsafəsi olan uzaq yola ziyafətə də`vət etsələr
o ziyafəti qəbul et ki, dinin buyuruğuna əsasən ona riayət etmək lazımdır. (Şeyx Abbas Qummi)
No comments:
Post a Comment