hər vaxt yemək
yedin, arxası üstə uzanıb sağ ayağını sol ayağının üstünə qoy, barmaqlarını
yala, çünki Allah taala belə edən şəxslərə buyurar: “Allah sənə bərəkət əta
etsin.”
həzrət Peyğəmbər
(səlləllahu əleyhi və alihi və səlləm) yeməkdən sonra əlin dəsmalla təmizlənməsini
bəyənməzdi. Xüsusilə əgər orada yemək qalımş olarsa. həmçinin bu cür halda həzrət
yeməyin hörməti üçün ya özü onu yeyər və yaxud yanındakı uşağa yedizdirərdi.
Allahın
ne`mətinə hörmət saxlamaq üçün hətta qabda da yemək qalmış olsa onu əvvəl əlinlə
sivir. Məsləhətdir ki, süfrədə düşüb qalan bir tikəni yeyəsən, bu iş hurilərin
kəbinidir və hər bir dərdin şəfasıdır, həm də övladın çoxluğuna səbəb olar və
yoxsulluğu uzaq edər. Lakin əgər bir səhrada süfrə açmış olsan orada tökülən
heç bir tikəni götürmə, qoy quşlar və başqa heyvanlar üçün qalsın, hətta əgər
orada bir qoyun budu da qalmış olsa belə.
Rəvayətlərdə
nəql olunub ki, hər kəs yerə düşmüş xurma və ya çörək parçasını görsə, götürüb
təmizləyərək yeyərsə o tikə onun qarnına çatmamış cənnət ona vacib olar.
Mö`mindən qalmış bir tikəni yeməyi özünə təbərrük hesab et, çünki mö`minin
artığı yetmiş dərdin şəfasıdır. (Şeyx Abbas Qummi)
No comments:
Post a Comment