Bir çox mö`təbər
hədislərdə mə`sumlardan nəql olunur ki, hər kəs evinin çörəyinin bol olmağını
istəyirsə yemək yeməzdən əvvəl əllərini yusun. Nəql olunub ki, yeməkdən qabaq və
sonra əlləri yumaq yoxsulluğu azaldar və ruzini çoxaldar. həmçinin bu əməl
insanın paltarını çirkdən qoruyar, təmiz saxlayar, gözlərinə gözəllik verər və
bədənini bütün dərdlərdən saxlayar. Əlləri yuyandan sonra yeməkdən qabaq onun dəsmalla
qurulanması məsləhət deyil. Çünki nə qədər ki, əlin rütubətlidir, yeməyində bərəkət
olar. Yeməkdən əvvəl əl yuyarkən ev sahibi hamıdan qabaq özü əlini yusun ki,
başqalarına bu işi görmək çətin olmasın və ondan sonra onun sağ tərəfində
olanlar əllərini yusunlar. Yeməkdən sonra isə əl yumağa ev sahibinin sol tərəfindəkilər
başlasın və axırda ev sahibi əlini yusun. Ona görə ki, ev sahibinin əlinin
bulaşıq qalmasına səbr etməsi daha layiqlidir.
Yemək qaydaları
Deyildiyi kimi yeməyə başladığın zaman “Bismillah” de və ilk tikəni duzla
başla. Rəvayətdə buyurulub ki, hər kəs yeməyini duzla başlayıb duzla qurtararsa
Allah taala onu yetmiş növ bəladan qoruyar ki, o bəlaların ən asanı xora xəstəliyidir.
İmam Baqir əleyhissalam buyurur:-Duzda yetmiş cür xəstəliyin şəfası var. Əgər
insanlar duzda nə qədər mənfəət olduğunu bilsələr duzdan başqa heç bir dərmandan
istifadə etməzlər. hər kəs əvvəlinci tikəsinə duz səpib yesə mələklər onun həmişə
varlı-dövlətli olması üçün dua edərlər.
Süfrə
başında çox ədəblə oturun və həmçinin o halda öz bəndəliyinizi Allah taalaya
göstərin. (Şeyx Abbas Qummi)
No comments:
Post a Comment