Ayaqqabı və başmaqlarda olan ən gözəl və
üstün rəng sarı rəngdir ki, insanın gözünü işıqlandırar. Həmçinin bu rəng qəm-qüssəni
insandan uzaq edir, çünki o peyğəmbərlərin
geyimidir. Ondan sonra ağ rəngdir. Köhnəlməmiş ağ ayaqqabı sahibinin əlinə onun
gümanı belə gəlməyən bir yerdən mal gətirmiş olar. Rəvayətdə gəlib ki, hər bir
şəxs sarı və ya ağ başmaq geyərsə ona övlad və mal yetişər. Amma qara başmaq
geyən şəxs onların heç birinə nail olmaz. Çəkmədə isə ən üstün rəng qara rəngdir.
Səfərə çıxan zaman onun qırmızı olması yaxşıdır.
Davud Riqqi
adlı bir şəxs nəql edir: İmam Sadiq əleyhissalam səfərdə olan zaman o həzrətin
qırmızı geydiyini görüb sual verdim ki, qırmızı çəkmə nə üçündür?
İmam buyurdu:-Mən
bunu səfər üçün almışam, xüsusən palçığa və yağışa yaxşıdır.
Səfərdə
olmadıqda çəkmənin qara olması yaxşıdır. Müstəhəbdir ki,
başmağın ortası boş olsun və yerə dəyməsin. Yaxşı ayaqqabı geymək
insanın bədənini bəlalardan qoruyar, namaz və dəstəmazın tamamlığına və ömrün
uzun olmasına səbəb olar. Tamamilə yerə
sürtünən ayaqqabılar yəhudilərə məxsusdur.
Başmağın qara olması insanın fikirli, qəmli və gözlərinin zəif və təkəbbürlü
olmasına səbəb olar. O cür şəxslər qiyamət günü pis və qəddar insan kimi məhşur
olacaqlar. Çəkmə və başmaq geymək insanın gözlərinə nur verər, insanı bir çox xəstəlikdən
nicat verər. (Şeyx Abbas Qummi)
No comments:
Post a Comment