Suyu içərkən qabı
sağ əldə tutmaq lazımdır. Gecələr suyu oturan vəziyyətdə, gündüzlər isə ayaq
üstə içmək məsləhətdir. İçdiyin zaman “Bismillah”,
qurtaranda “Əlhəmdulillah” de və heç
vaxr su qabının qulpu olan hissəsindən və ya sınmış yerindən və bir də deşilmiş
tərəfindən içmə, çünki o yerlər şeytanın yeridir. Su qabını sol əlində tutma.
Əgər su qabı ilə başqa bir kəs də su içmək istəyərsə suyu üfürmə və onu soraraq
və qurtum-qurtum iç. heç vaxt ağzını doldurma, çünki bu cür su içmək ciyərlərin
ağrısına səbəb olar. Əgər suyu içmək üçün qab tapmasan ağzını suya
yaxınlaşdırma.Suyu əllərinlə iç. Rəvayətdə buyurulub: Su içmək üçün ən yaxşı
qab əllərinizdir. Əgər suyu üç dəfəyə içsən, bu minvalla ki, hələ sudan
doymamış ondan ayrılıb Allaha həmd və şükr edib yenidən su içməyə başlamalısan.
Bu iş üç dəfə təkrar olmalıdır. Nəql ediblər ki, hər kəs suyu bu cür içərsə
Allah taala cənnəti ona vacib edər. Əgər bu üç dəfəsinin əvvəlində Bismillah və axırında Əlhəmdulillah desən o su ki, artıq sənin
qarnına çatmışdır, Allaha təsbih deyər və onun bütün savabı sənə yazılar.
Çox su
içmə ki, bu, bir çox xəstəliklərin sənə tərəf yönəlməsinə səbəb olar.
Lakin rəvayətdə
var ki, qarın tox olan zaman çoxlu su içilməsinin zərəri yoxdur. Amma başqa
vaxtlarda suyun çox içilməsi düzgün deyil.
Əgər gecə su içərsənsə üç dəfə bu duanı oxu:
“Ələykəs-səlamu min maiz-zəmzəmi və
mail-furat.”
Beləliklə sənə
suyun heç bir zərəri yetişməz. həmçinin ən yaxşı işlərdən biri də budur ki, su
içəndən sonra İmam Hüseyn əleyhissalamı və onun Əhli-beytini yada salıb onlara
salam və o həzrəti şəhid edənlərə lə`nət göndərəsən. hər kəs bu işə əməl edərsə
haqq taala onun əməl dəftərinə yüz min savab yazar və onun yüz min günahından
keçər və onun rütbəsini yüz min dərəcə yüksəldər və o, yüz min qul azad etmiş
kimi olar. Allah taala onu qiyamət günü şad edər və o şəxs məhşərə arxayınlıqla
gələr.
Bu duanı
da oxumaq yaxşıdır:
“Sələvətullahi ələl-husəyni və Əhli-bəytihi
və əshabihi və lə`nətullahi əla qətələtil-husəyni və ə`daihi.”
Yə`ni: Allahın salavat və
salamı İmam Hüseyn əleyhissalama və onun ailəsinə və dostlarına olsun. Allahın
lə`nəti İmam Hüseyn əleyhissalamı qətlə yetirənlərə və onun düşmənlərinə olsun. (Şeyx Abbas Qummi)
No comments:
Post a Comment