Bismillahir-rahmanir-rahim

Tuesday, December 9, 2014

İslamda üzük qaşının üstündə münasib olan yazılar (Üçüncü fəsil)


   həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) üzüyün qaşı üzərinə heyvan şəkillərinin çəkilməsini qadağan etmişdir.
     
Rəvayətdə var ki, qocaların əqlini üç şeylə imtahan etmək olar.
1)    Onların saqqalının uzunluğu ilə.
2)    Üzüyünün naxışı ilə.
3)    Bir də künyələri (ləqəbləri) ilə.

Rəvayətdə var ki, hər kəs üzüyünə “Ma şaəllah la quvvətə illa billah əstəğfirullah” naxışı qoyarsa Allah onu ən çətin yoxsulluqdan xilas edər.
Seyyid ibni Tavus “Əmanul-əxtar” kitabında “Fəzlül-əqiq” kitabından nəql edir ki, İmam Məhəmməd Baqir əleyhissalam buyurmuşdur: hər bir şəxsin əqiq qaşlı üzüyü olsa və onu sağ əlinə taxsa, həmçinin o üzüklə gecəni sübh etdikdən sonra bir kəslə üz-üzə gəlmədən üzüyü əlinin içinə tərəf döndərib ona baxaraq “İnna ənzəlnahu fi ləylətil-qədr” surəsini axıra qədər oxusa və sonra desə:

    “Aməntu billahi vəhdəhu la şərikə ləhu və kəfərtu bil-cibti vət-tağuti və aməntu bisirri Ali Muhəmmədin və əlaniyətihim və zahirihim və batinihim və əvvəlihim və axirihim.”

    həmin gündə Allah taala onu hər bir bəladan saxlayar. İstər göydən yerə gələn bəla olsun, istərsə də yerdən göyə gedən, onların hamısından uzaq olar.
    Günbatana qədər Allahın himayəsi altında olar və Onun sevdiyi bəndələrdən olar.

    Rəvayətlərin birində buyurulub: hər kəs əqiq qaşlı üzük düzəldərsə və onun qaşında “Muhəmmədun Nəbiyyullah və Əliyyun vəliyyullah” yazarsa Allah onu pis ölümdən qoruyar və haqq dində olaraq ölər.  (Şeyx Abbas Qummi)

No comments:

Post a Comment