Bismillahir-rahmanir-rahim

Saturday, December 27, 2014

İslam əxlaq cəhətindən qadınların qisimləri (İkinci fəsil)

     Bilmək lazımdır ki, qadın boyundan asılan boyunbağıya bənzədilmişdir. Buna görə də bilməlisən ki, boynuna necə boyunbağı asırsan. Yə`ni elə bir qadın tapmalısan ki, sənə tay olsun. həmçinin övlad dünyaya gətirən olsun. heç vaxt qadınla onun malına və gözəlliyinə görə evlənmə, yoxsa hər ikisindən məhrum olarsan. Onu dindarlğına və öz səlahiyyətinə görə istə ki, onların hər ikisi sənə nəsib olsun. Mümkün qədər çalış bakirə qızla evlənəsən, dul qadınla yox və onun mehriyyəsi az olsun. həmçinin o qızın rəngi qarabuğdayı, xoş ətirli, orta boylu, gözləri qara və iri, boynu xoş ətirli, topuqları isə ətli olsun. Qadınların ən üstünü o qadındır ki, çox uşaq dünyaya gətirən, iffətli və öz ərini sevən olsun. Öz qohumlarının yanında əziz, ərinin müqabilində isə təvazökar olsun. Öz əri üçün həmişə bəzənsin, başqalarından həya saxlasın. Ərinə tabe olsun və ona üstünlük etməsin. Pis işlərdən çəkinsin, hər vaxt əri onunla yaxınlıq etmək istəsə bu işə hazırlığını bildirsin. (Şeyx Abbas Qummi)

No comments:

Post a Comment