Bir gün
İmam Cəfər Sadiq əleyhissalamdan soruşdular ki, qadınların qızıl və gümüş ilə
zinətlənməsi necədir? İmam buyurdu:-Eybi yoxdur.
Başqa
bir rəvayətdə o həzrət buyurur:-Atam
İmam Məhəmməd Baqir əleyhissalam öz xanımlarına və
uşaqlarına qızıl və gümüş taxardı.
Rəvayətdə
var ki, qadının özünü zinətsiz saxlaması yaxşı deyil, ən azı bir boyunbağısı
olsa onu boynuna salsın. Həmçinin yaxşı
deyil ki, qadın əllərinə rəng qoymasın, ən azı gərək həna qoysun, hətta yaşlı
qadın olsa belə.
Əllamə
Məclisi buyurur:-Kişilər üçün ehtiyata daha uyğun odur ki, qılınc və
Qur`anlarını belə qızılla bəzəməkdən çəkinsinlər. (Şeyx Abbas Qummi)
No comments:
Post a Comment