Bismillahir-rahmanir-rahim

Friday, April 3, 2015

İslamda Diş firçalamaq haqqında (Birinci fəsil)

   həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:-Cəbrail əleyhissalam diş fırçalamaq haqqında mənə o qədər tövsiyə edərdi ki, gümana gəlmişdim artıq bu iş ümmətimə vacib buyurulacaqdır.

   həzrət Rəsul (səlləllahu əleyhi və alihi və səlləm) həzrət Əli əleyhissalama vəsiyyət edərdi ki, hər namaz üçün dişlərini fırçalasın. həzrət Rəsul (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:-Əgər dişin yuyulması mənim ümmətimə çətin olmasaydı onlara əmr edirəm ki, hər namaz üçün dişlərini yusunlar.