Bismillahir-rahmanir-rahim

Friday, April 3, 2015

İslamda Diş firçalamaq haqqında (Birinci fəsil)

   həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:-Cəbrail əleyhissalam diş fırçalamaq haqqında mənə o qədər tövsiyə edərdi ki, gümana gəlmişdim artıq bu iş ümmətimə vacib buyurulacaqdır.

   həzrət Rəsul (səlləllahu əleyhi və alihi və səlləm) həzrət Əli əleyhissalama vəsiyyət edərdi ki, hər namaz üçün dişlərini fırçalasın. həzrət Rəsul (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:-Əgər dişin yuyulması mənim ümmətimə çətin olmasaydı onlara əmr edirəm ki, hər namaz üçün dişlərini yusunlar.

  



İmam Sadiq əleyhissalamdan nəql olunur ki, diş fırçalamaqda on iki xislət vardır.

1)    Peyğəmbərlərin qanunudur.
2)    Ağzı təmiz edər.
3)    Gözü qüvvətləndirər.
4)    Allah bu işdən şad olar.
5)    Bəlğəmi aradan aparar.
6)  hafizəni çoxaldar.
7)    Dişləri ağ edər.
8)    İnsanın savabını artırar.
9)    Dişin çürüməsinin qarşısını alar.
10) Dişlərin kökünü möhkəmləndirər.
11) İştahanı çoxaldar.
12) Gözlərə çoxlu nur verər.


Rəvayətdə var ki, dişin fırçalanması halında iki rükət namaz qılmaq, yuyulmamış halda qılınan yetmiş rükət namazdan üstündür. Diş fırçalandıqdan sonra ağza bir qədər su alıb qar-qara etmək lazımdır. Dişləri eninə (yuxarıdan aşağı və aşağıdan yuxarı) fırçalamaq gərəkdir.
 
    Ayaq yolunda diş yumaq ağızdan iyin gəlməsinə səbəb olar. hamamda yumaq isə dişləri tökər.

Beləliklə də dişlərinizi yumağı tərk etməyin, hətta bir əl çəkmək ilə də olsa.
(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.tk

Məni Facebookda İzləyin (İsmayıl N-Off) :)

No comments:

Post a Comment