Bismillahir-rahmanir-rahim

Monday, March 9, 2015

Valideynin övladın boynunda olan haqqı və Övladın onlara ehtiram qoyma qaydaları (Doqquzuncu fəsil)

   İslam dinində olan mühüm qanunlardan biri də övladın ata-anaya hörmət qoymasıdır. Ata və ananı özündən razı etmək ibadətlərin ən üstünüdür və onların üzünə aqq olmaq böyük günahlardandır. Onların əmrinə itaət etməkdən çəkinmə, əgər əmr etsələr ailə və uşağından, malından keçəsən gərək keçəsən, çünki bu iş sənin imanlı olmağının əlamətidir. Lakin ata və anan səni kafir olmağa vadar etsələr onların əmrindən çıxmalısan. Lakin yenə də onlarla xoş rəftar etmək lazımdır. Ata-ana ilə yaxşı rəftar etməyin səbəb olar ki, öz övladın da sənə qarşı yaxşı rəftar etsin. Həmçinin  Allah taala ölüm anlarının çətinliklərini sənə asan edər və öz yaşayışında heç vaxt  pərişan olmazsan.





   Heç vaxt atanı adı ilə çağırma, ondan qabağa keçmə, ondan qabaq oturma və elə bir iş görmə ki, xalq ona yaman desin.
   Atandan da çox ananla mehribanlıq et. Bil ki, bir gecə-gündüz valideyinlərinin səninlə ünsiyyətdə olub rahatlıq tapmaları Allah yolunda bir il cihad etməkdən üstündür. Ata-anaya “uff” kəlməsi belə demək onlara aqq olmaqdır və hər kəs onlara aqq olarsa heç vaxt cənnətin ətrini duymaz. Onlara qəzəblə baxma, mehribanlıqla onlara nəzər sal. Çünki hər dəfə bu cür baxmağında bir qəbul olmuş həcc savabı var. İmam  Məhəmməd  Baqir əleyhissalam buyurur:-Günlərin birində atam (yə`ni İmam Zeynəlabidin əleyhissalam) yol ilə gedən cavan bir oğlanın öz atasının qoluna söykəndiyini görüb ondan çox incimiş və ömrünün axırına qədər onunla danışmamışdır. Ata-ananın xeyir-duası və qarğışı mütləq qəbul olar.
   Bilmək lazımdır ki, bu dünyada ata-anaya yaxşı və pis olmaq onların sağ olmalarına məxsus deyil. Məsələn: Bə`zi vaxtlar belə olur ki, övladlar valideynlərin sağlığında onlarla yaxşı rəftar edirlər, lakin onların ölümündən sonra onların borcunu ödəmir, heç bir xeyir iş etmir, bununla da onların əməl dəftərlərinə ata-anaya aqq olmaq əməlləri yazılır. Bə`zi vaxtlarda da ehtimal var ki, onların yaşayışında bir şəxs onlara qarşı aqq olsun, lakin ata-ana öldükdən sonra onların borclarını qaytarmaqla, onlara Allahdan bağışlanmaq diləmək və s. işlərlə onların razılığını özünə cəlb etsin. Beləliklə də Allah taala bu şəxsin adını ata-anaya xidmət edənlər cərgəsində yazar.
  Ey mö`min qardaşlarım, ata-analarınızı yaddan çıxartmayın, onlara yaxşılıq və ehsan edin. Hətta həyatda olmasalar da belə, onların borclarını ödəyin. Onların niyəti ilə namaz, oruc və həcc kimi ibadətləri yerinə yetirin və Allahdan onlara rəhmət diləyin ki, bunların savabları sizin özünüzə də çatır.


   Qeyd etməliyik ki, ata-ana haqqında hədislər çoxdur, lakin biz bu qədərlə kifayətlənirik.
(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.tk
Məni Facebookda İzləyin (İsmayıl N-Off) :)



No comments:

Post a Comment