Uşağı yeddi yaşına qədər azad qoy ki, oyunları ilə məşğul
olsun və yeddi yaşından sonra onun tərbiyəsinə başla. Əgər tərbiyəsi yaxşılığa
doğru getsə tərbiyəni davam etdirməyə çalış. Əgər yaxşı olmasa artıq onun tərbiyəli
olmasına ümidvar olma.
İmam Sadiq əleyhissalam buyurur:-Yeddi il icazə ver uşaq oynasın, ikinci yeddi ildə ona yazı yazmaq və savad öyrət. Sonrakı yeddi ildə isə ona Allah taalanın əhkamında olan halal və haramı öyrət. Oğlanlar altı yaşına çatandan sonra onların bir yorğan-döşəkdə yatmasına icazə verməyin. Həmçinin on yaşlarında qız və oğlanların yataqları ayrı olmalıdır. Uşaqlar dərketmə həddinə çatan kimi onlara hədislər öyrət. Həzrət Əli əleyhissalamın məhəbbətini onların qəlbinə salmaq, onlara Qur`an öyrətmək, onlarla ədəb-ərkanla rəftar etmək və onları yaxşı adla çağırmaq lazımdır. Üzməyi və silah atmağı da onlara tə`lim vermək lazımdır. Uşaqlıq çağlarında övladın şuluq və şıltaq olması onun böyüyəndə səbirli və bilikli olacağının əlamətidir. Uşaqla kobud rəftar etmək və ağır işləri uşağa tapşırmaq düzgün deyil. Hər vaxt övladına bir şey və`də verdin ona əməl etməlisən. Həmişə onu mehribanlıqla öpmək savab işlərdəndir. Rəvayətdə nəql olunub ki, hər kəs öz övladını əzizləyib öpərsə Allah ona savab yazar. Övladını sevindir, təki qiyamət günü Allah taala səni sevindirsin. Uşaqla uşaqlar kimi oyna. Heç vaxt övladlar arasında fərq qoymayın. Yalnız o vaxt bu işi edə bilərsiniz ki, o uşaq elmi, əməli və əxlaqı ilə fərqlənsin. İmam Sadiq əleyhissalam buyurur:-Elə ki, oğlan uşağı üç yaşına çatdı, ona yeddi dəfə “La ilahə-illəllah” kəlməsini deməyi öyrədərlər. Uşağın üç yaş yeddi ay iyirmi günlüyündə ona yeddi dəfə “Muhəmmədun Rəsulullah” deməyi tə`lim verərlər. Dörd yaşı tamam olanda isə ona yeddi dəfə “Səlləllahu əla Muhəmmədin və alihi” kəlməsini öyrətmək lazımdır. Beş yaşı tamam olanda onu Allaha səcdə etməyə vadar edərlər. Altı yaşı tamam olanda ona namaz öyrədib namaza vadar edərlər. Yeddi yaşında ona dəstəmaz almaq və namaz qılmağı tə`lim edərlər. Doqquz yaşında isə bunların hamısını ona kamil şəkildə öyrətmək lazımdır. Əgər görsən dəstəmaz və namazı tərk edir, onu orta səviyyədə cəzalandırmaq lazımdır. Çünki o, bu işləri öyrənsə Allah onun ata və anasını bağışlar. Əgər uşağın əl və üzü yatmazdan qabaq çirkli olarsa onu yumalısan, çünki şeytan yuxu əsnasında onları iyləyib qorxuda bilər, əməlləri yazan mələklər də əziyyət çəkərlər. Hər vaxt öz əhli-əyalına hədiyyə almaq istəsən mütləq birinci qızları fikirləş, sonra oğlanları.
Çalış həmişə
uşaqlarını sevindirəsən, onlara qovut və nar yedirt.
Uşağın çox
ağlamamasına görə, bir də qadının yuxuda və ya oyaq vaxt oğrudan qorxmamasına
görə bu ayəni oxumaq lazımdır:
“Fəzərəbna əla azanihim fil-kəhfi sininə ədədən
summə bəəsnahum linə`ləmə əyyul-hizbəyni əhsa lima ləbisu əməda.”
Elə ki, qız uşağı altı yaşına
çatdı, naməhrəm kişi onu öpməsin, həmçinin onu qucağında oturtmasın. Anası onu
heç vaxt çılpaq halda yanında yatırtmasın, çünki bu yaşda olan qız uşağı qadın
hökmündədir. O yaşda olan qızı gərək oğlanlar öpməsinlər. Oğlan uşağı isə yeddi
yaşına çatandan sonra qadınları öpməməlidir.
İmam Museyi
Kazim əleyhissalam buyurur:-İnsanın əhli-əyalı onun əsirləridir. Əgər
Allah taala insana ne`mət əta etsə gərək o, öz əhli-əyalının yaşayışını
yaxşılaşdırsın. Əgər belə etməsə tezliklə o ne`mət əlindən çıxar. (Şeyx Abbas Qummi)
QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.tk
Məni Facebookda İzləyin (İsmayıl N-Off) :)
Məni Facebookda İzləyin (İsmayıl N-Off) :)
No comments:
Post a Comment