Uşağa süd verməyin son həddi iki
ildir. Üzürsüz yerə bundan artıq vermək caiz deyil. Lakin gərək iyirmi bir aydan
az süd verməsinlər. Əgər zəruri olarsa bundan tez ayıra bilər. Bütün südlərin ən
üstünü və əhəmiyyətlisi ana südüdür.
Uşağa süd verəndə
hər iki döşdən vermək lazımdır. Çünki onun biri xörək, o biri isə su yerinədir.
Əgər uşağa süd vermək üçün bir qadını tə`yin etmək istəsən eləsini tut ki,
qiyafəsi və əxlaqı yaxşı olsun. Ağıldan kəm və ya üz-gözündə eybi olan adam
olmasın, ona görə ki, süd vasitəsilə uşağa tə`sir edə bilər. Zina edən, ya özü
zinadan doğulmuş qadının südünü uşağa vermək qadağan edilib.
(Şeyx Abbas Qummi)
QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.tk
Məni Facebookda İzləyin (İsmayıl N-Off) :)
No comments:
Post a Comment