Oğlanların sünnət olması vacib bir əməl kimi qeyd olunmuşdur. Əgər uşağı yeddinci günündə
sünnət etsələr bu həm savablı işdir, həm də uşağın bədənini bütün çirkablıqdan
pak edər, həmçinin uşaq tez inkişaf edər. O uşaq ki, sünnət olunmayıb onun
torpaq üzünə bövl etməsindən yerin acığı gəlir. Əgər bir uşağı qırx gün müddətində
sünnət etməsələr onun sidiyindən torpaq nəcis olar. Bu da çox pis işdir. Həmçinin
həmin torpaq o şəxsin əlindən Allaha şikayət edər.
Uşağı sünnət edərkən imkan daxilində aşağıdakı duanı oxumaq müstəhəbdir. Əgər imkan olmasa o, həddi-buluğa çatana qədər hər vaxt bunu oxumaq mümkün olsa oxusunlar:
“Əllahummə hazihi sunnətukə və sunnətu nəbiyyikə
səlavatukə əleyhi və alihi vəttiba`un minna ləkə vəlinəbiyyikə biməşiyyətikə və
iradətikə və qəzaikə liəmrin ərədtəhu və qəzain hətəmtəhu və əmrin ənfəztəhu vəəzəqtəhu
hərrəl-hədidi fi xitanihi və hicamətihi biəmrin əntə ə`rəfu bihi minni. Əllahummə fətəhhirhu minəz-zunubi vəzid fi umrihi vədfəil-afatə ən bədənihi vəl-əvca`ə
ən cismihi vəzidhu fil-ğina vədfə`ənhul-fəqrə fəinnəkə tə`ləmu vəla nə`ləm.
Körpələrinqulaqlarının deşilməsi
Oğlanlar üçün sağ qulağın yumuşaq hissəsinin və sol qulağın yuxarı tərəfinin deşilməsi
müstəhəbdir.
Səhih bir hədisdə
İmam Sadiq əleyhissalamdan nəql olunub ki, oğlanın qulağını deşmək və onu yeddinci
günündə sünnət etmək müstəhəbdir. İmam Həsən əleyhissalamın anadan
olduğu gün Cəbrail əleyhissalam nazil olub Peyğəmbər (səlləllahu əleyhi və
alihi və səlləm)-ə göz aydınlığı verdi. Sonra o Həzrətin yeddinci günü bir də
nazil olub Peyğəmbərə dedi ki, uşağa ad qoysunlar, başını qırxsınlar və onun
üçün əqiqə qurbanlığı etsinlər və qulağını da deşsinlər. Cəbrail əleyhissalam İmam Hüseyn əleyhissalamın
da təvəllüdünün yeddinci günü nazil olub bu göstərişləri çatdırdı.
(Şeyx Abbas Qummi)
QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.tk
Saytda rəy (comment) yaza bilərsiniz.
Məni Facebookda İzləyin (İsmayıl N-Off) :)
No comments:
Post a Comment