Tə`kidlə
tövsiyə olunub ki, hər bir övladı olan şəxsin əqiqə qurbanlığına imkanı olarsa
mütləq onu yerinə yetirməlidir. Hətta böyük alimlərimizdən bə`ziləri bunun
vacib olduğunu buyurmuşlar. Həmçinin çox yaxşı olar ki, bu qurbanlığı körpəninin
yeddinci günündə edəsən. Əgər keçmiş olarsa onun həddi-buluğ vaxtına qədər bu
işi görmək atasının öhtəsindədir. Lakin həddi-buluğ vaxtına çatandan ömrünün
axırına qədər uşağın öz boynundadır. Bu məxsus qurbanlıq imkanlı adamlar üçün
buyrulmuşdur. Əgər biri yoxsuldursa hər vaxt imkanı olsa bunu yerinə yetirməlidir.
Ömər ibni Yəzid
adlı bir şəxs İmam Sadiq əleyhissalamın hüzuruna gəlib ərz etdi: Mənə dəqiq mə`lum
deyil ki, atam mənim üçün əqiqə qurbanlığı edib, ya yox? İmam buyurdu:-Get öz
qurbanlığını yerinə yetir.
Beləliklə o
kişi qoca vaxtında özü üçün əqiqə qurbanlığını əncam verdi.
Əqiqənin ədəb
qaydaları çoxdur. Onlar bə`zi fiqh və hədis kitablarında qeyd olunmuşdur. Lakin
xülasə şəklində olan bu kitabın həcminə sığmaz. Körpənin yeddinci günündə əqiqədən
qabaq onun başını qırxmaq və onun tükünü çəkisi miqdarında qızıl və ya gümüş sədəqə
vermək müstəhəbdir. Rəvayətdə var ki, onun başının tükünü tamamilə təmizləməlisən
və gərək başında saç və kəkil qalmasın. Nəql olunur ki, bir gün Həzrət Peyğəmbər
(səlləllahu əleyhi və alihi və səlləm)-in hüzuruna bir körpə uşaq gətirdilər
ki, ona dua etsin. Körpənin kəkili olduğu üçün Həzrət ona dua etmədi və buyurdu
ki, onun kəkilini qırxsınlar və bundan sonra hüzuruna gətirsinlər.
Uşağın
başını qırxdıqdan sonra çox yaxşı olar ki, başına zəfəran çəkəsən və heç vaxt kəsilən
qurbanlığın qanından onun başına sürtmə, çünki
bu cahiliyyətin əlamətidir.
(Şeyx Abbas Qummi)
QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.tk
Saytda rəy (comment) yaza bilərsiniz.
No comments:
Post a Comment