Bismillahir-rahmanir-rahim

Saturday, January 10, 2015

İslamda Övlada ad qoymaq haqqında (Altıncı fəsil)

  Yaxşı olar ki, uşaq ana bətnində olan zaman ona ad qoyasan, təki o, siqt olmasın (ana bətnindən yarımçıq düşməsin). Onun üçün çox yaxşı adlardan birini seçib qoymağın məsləhətdir. Ən ləyaqətli ad odur ki, Allahın bəndəsi olmasına dəlalət etsin. Məsələn: Abdullah və həmçinin ona oxşar adlar. Adların ən yaxşıları peyğəmbərlərin adlarıdır. Hər bir ailədə peyğəmbər adı qoyulmuş adam olarsa Allah taala ora hər gün səhər və axşam bir mələk göndərər ki, onların müqəddəsliyi və paklığı üçün dua etsin.





  Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:-Əgər Allah taala bir insana dörd övlad əta edərsə və o insan mənim adımı onların heç birinə qoymazsa mənə cəfa etmişdir. həmçinin  İmam  Museyi  Kazim əleyhissalam buyurur:-hər kəsin evində Məhəmməd, Əhməd, Əli, Həsən, Hüseyn, Cəfər, Talib, Abdullah və ya Fatimə adlı adam yaşayarsa o evə yoxsulluq daxil olmaz. İmam  Sadiq əleyhissalam buyurur:-Əgər övladına Məhəmməd adı qoysan heç vaxt ona pis söz və pis ləqəblər vermə. Məhəmməd adında bir şəxs olan hər bir evi  (mələklər) pak saxlayarlar.

  Peyğəmbər  (səlləllahu əleyhi və alihi və səlləm) öz ümmətinə tövsiyə edib ki: Uşaqlarınıza Həkim, Xalid və Malik adı qoymayın. Bir də buyurub: Allah taalanın haris, Malik və Xalid adlarından xoşu gəlmir. Peyğəmbərimiz  (səlləllahu əleyhi və alihi və səlləm) dörd künyəni öz ümmətinə qadağan etmişdir.

1-Əbu-İsa,
2-Əbul-Həkəm,
3-Əbul-Malik,
4-Məhəmməd adı olan şəxsə Əbul-Qasım künyəsi vermək.

  Rəvayət olunub ki, “Yasin” adı qoymayın, çünki bu ad Həzrət Peyğəmbər  (səlləllahu əleyhi və alihi və səlləm)-ə məxsusdur.

  Yaxşı olar ki, hər kəs övladının adını 7 günə qədər Məhəmməd qoysun, sonra onun adını tə`yin  etsinlər.


  Əllamə Məclisi buyurur:- Uşaq olan zaman tə`kid edilmiş sünnətlərdən biri də ona qüsl verməkdir. Hətta  alimlərin bə`ziləri bunu vacib  biliblər. Ehtiyata uyğun odur ki, uşağa qüsl verərkən niyyət edirsən ki, mən bu qüslu Allah rizası üçün verirəm. Əvvəl uşağın başını, sonra bədəninin sağ tərəfini, sonra isə sol tərəfini yuyursan.
(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.tk
Saytda rəy (comment) yaza bilərsiniz.

No comments:

Post a Comment