Kişinin vəzifəsi
odur ki, öz qadınının tələbatların ödəsin, istər paltar, istərsə də yemək
olsun. Əgər onun bir pis hərəkəti olsa onu bağışlasın. Kişi gərək qadına üz
turşutmasın və hər üç gündən bir dəfə ona ət alıb gətirsin. həmçinin onun üçün
altı aydan bir həna və bu kimi şeylər alıb gətirsin. Bir sözlə onun evini ələ və
üzə çəkilən ləvazimatlardan boş saxlamasın.
Sirkə və
zeytun kimi hamının yediyi ne`mətlərdən sən də ona gətir. Xüsusilə bayram günlərində
onun ürəyini hər gün yemədiyi ne`mətlə sevindir. Ondan sonra onunla gözəl rəftar
et. Öz xanımın ilə bir iş üçün məşvərət etmə, çünki onların verdiyi rə`y zəif
olur.
həmçinin
onu evdən xaric yerlərə çox göndərmə və bacardığın qədər çalış o, səndən başqa
bir kişini görməsin və tanımasın. Xanımını fəsadlı işlərdən çəkindir. Məsələn:
Onu musiqi və bu kimi şeyləri dinləməkdən çəkindir.
Qadının evdən
çıxmasına nəzarət et və qoyma yad adamlarla get-gəl eləsin. Məsələn: Onun hamamlara,
toy məclislərinə və bunun kimi sair yerlərə getməsinə icazə vermə. İnsanı şəhvətə
gətirən söhbətlərə qulaq asmağa qoyma. Eləcə də o qoca qadınlar ki, özgələrlə
get-gəlləri çoxdur, onlarla oturub-durmasını qadınına qadağan etməlisən. Elə
bir şərait yarat ki, xanımın çox işsiz, bekar qalmasın, çünki bu cür halda
şeytan ona çox nüfuz edib onu pis işlərə vadar edər. Beləliklə də bu cür
hallarda şeytan onu günah işlərə sövq edər və gəzib-dolanmağa, özünü bəzəyib
başqalarına göstərməyə meylli edər. Onu pambıq əyirmək kimi işlərə məşğul et və
özünü də onun gözündə zəhmli göstər.
(Şeyx Abbas Qummi)
No comments:
Post a Comment