Bismillahir-rahmanir-rahim

Sunday, January 4, 2015

İslamda Övladların olmasının fəzilətləri və onların əməlisaleh olmaları üçün oxunan dualar (Beşinci fəsil)

   hər şeydən əvvəl deməliyik ki, əməlisaleh övladlı olmaq Adəm övladının səadətindəndir və əgər onlara bir xəstəlik üz versə bu onların valideyninin günahlarının kəffarəsidir.

   Uşaqların yeddi yaşına qədər ağlamaları “La ilahə illəllah” demək kimidir. həmçinin yeddi ildən keçərsə onların ağlaması valideyn üçün bağışlanmaq istəyidir. Elə ki, onlar həddi-buluğa çatdılar, hər bir savablı işlərində ata və anaları onlara şərikdirlər, lakin pis və günah işlərində şərik deyillər. Qadın hamiləlikdən azad olana və uşağı süddən ayırana qədər onun savabı kafirlərin müqabilində duran və müsəlmanları onların şərindən qoruyan şəxsin savabı həddədir. Əgər qadın hamilə halında ölərsə şəhid zirvəsinə yetişər. Övladsız ölən şəxs isə elə bil heç dünyada olmayıb və hər bir kəs övladlı halda dünyadan gedərsə elə bil ki, həmişə yaşayır. Allah taala qızlara qarşı oğlanlardan mehribandır. Rəvayətdə var ki, qızlar yaxşı əməl, oğlanlar isə ne`mətdirlər. Allah taala da yaxşı əmələ savab yazar, ne`mətdən isə sual edər.

  Nəql olunub ki, hər kəs üç qızın və ya üç bacının xərcini ödəyərsə cənnət ona vacib olar. habelə iki qızın, həmçinin birinin də xərcini ödəmək eyni hökmü daşıyır.

  Nəql olunub ki, həzrət İbrahim peyğəmbər Rəhman  Allaha dua etdi ki, ona bir qız əta eləsin, təki öləndən sonra onun üçün ağlasın.

  Övlad istəmək üçün ən üstün və düzgün dua budur: Üç gün ərzində sübh və xiftən namazlarından sonra yetmiş dəfə  “Subhanəllah” və yetmiş dəfə  “Əstəğfirullah” desin, ondan sonra bu ayəni oxusun.

  “İstəğfiru rəbbəkum innəhu kanə ğəffarən yursilissəmaə ələykum midrarən və yumdidkum biəmvalin və bəninə və  yəc`əlləkum  cənnatin və yəc`əl  ləkum ənhara.”

  Beləliklə üçüncü gecə öz xanımınla cinsi əlaqədə ol ki, Allah taala sənə hər bir nöqsandan sağlam bir övlad əta etsin.

Övlad istəyi üçün başqa bir dua da vardır. O da budur ki, öz qadınınla yaxınlıq etmək istəsən bu ayəni oxu:

  “Vəzən-nun iz zəhəbə muğazibən fəzənnə ənlən nəqdirə əleyhi fənada fiz-zulumati əlla ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və kəzalikə nuncilmu`minin və Zəkəriyya iz nadə Rəbbəhu Rəbbi la təzərni fərdən və əntə xəyrul-varisin.”


   Bununla da Allah taala öz lütfü ilə sənə övlad verər. hədisdə var ki, bir kəsin övladı olmasa gərək niyyət etsin ki: “Əgər mənim övladım olarsa adını “Əli” qoyacağam.” O cür edərsə Allah taala ona oğul nəsib edər. həmçinin rəvayət olunub ki, hər bir hamilə qadının əri: “Oğlumun adını Məhəmməd və ya Əli qoyacağam”-deyə qəsd edərsə onun övladı oğlan olar. həmçinin buyurulub ki, əgər qadının hamiləliyindən dörd ay keçərsə onu üzü qibləyə oturdub Ayətəl-kürsini oxu və əlini onun kürəyinə vurub de: “Əllahummə  inni  qəd səmməytuhu  Muhəmməda.” Onda  Allah taala ona oğlan əta edər. İnşallah taala. İmamlardan (salamullahi əleyhim əcməin) övlad istəmək və onun oğlan olması haqqında çoxlu  buyuruqlar vardır. Biz elə bu qədərlə kifayətlənirik.
(Şeyx Abbas Qummi)

No comments:

Post a Comment