İmam Sadiq əleyhissalam buyurur: Mən hər cümə günü saçımı qırxdırıram.
Başını qırxan zaman üzü qibləyə oturub əvvəl başın ortasından alına tərəf qırxmağa başla və bu duanı oxu:
"Bismillahi və billahi və əla milləti Rəsulillahi səlləllahu ələyhi və alihi və səlləm Əllahummə ə`tini bikulli şə`rətin nurən yəvməl-qiyaməti." Qırxıb qurtardıqdan sonra de: "Əllahummə zəyyinni bit-təqva və cənnibnir-rəda."
Əllamə Məclisi (r.ə) buyurur ki, qadınların üzürsüz və zərurətsiz halda saç qırxdırması haramdır. Lakin kişilər üçün bu barədə iki qanun vardır. Biri budur ki, başını qırxdırsınlar və bu çox yaxşı tərəfidir. İkincisi odur ki, əgər saç saxlamaq istəsələr gərək ona yaxşı qulluq etsinlər. Məsələn vaxtında yusun, darasın və həmçinin başın tükünü ortadan iki hissəyə ayırsınlar ki, tükün dibi görünsün. Bunu da qeyd edək ki, İslamın əvvəllərində ərəblər arasında baş qırxdırmaq böyük bir eyb sayılırdı, lakin İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) və İmamlar (əleyhimussalam) elə bir iş görməyiblər ki, insanların nəzərində pis olsun. həzrət Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) başının tükünü dörd barmaq uzunluğunda saxlayırdı, lakin vacib həccə və ümrəyə gedəndə başını tamamilə qırxdırırdı.
Rəvayət edilir ki, hər kəs saçını uzadarsa və deyildiyi kimi ortasını ayırmazsa Allah taala qiyamət günü onu odla ayırar.
Qeyd olunanlar Əllamə Məclisinin nəzəriyyəsidir. Bu barədə olan hədisin mə`nası da elə Əllamə Məclisinin buyurduğu kimidir amma ola bilər ki, hədisin əsil mə`nası belə olsun, hər kəs tükünü uzun saxlasa və onu daramazsa Allah taala qiyamət günündə onu atəşdən olan bıxçı ilə darayar. Qadın (yə`ni qız uşağı) həddibuluğa çatarkən saçını gərək kişilər kimi başın qarşı tərəfində və ya ortasında, yaxud ətrafında saxlamasın, çünki bunu həzrət Rəsul (səlləllahu ələyhi və alihi və səlləm) onlara qadağan etmişdir. həzrət qadınlara buyurur ki, saçınızı tökməlisiniz (yığmamalısınız). həmçinin kəkil saxlamağı qadağan edib. Lakin qadınların zinət məqsədilə alın və üz tüklərini almalarının eybi yoxdur. Qadının öz saçını hörməsinin eybi yoxdur, lakin başqa qadının saçı ilə öz saçını qarışdırmasına icazə verilməmişdir.
(Şeyx Abbas Qummi)
QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.tk
My Official Facebook Page (Rəsmi Səhifəm):
No comments:
Post a Comment