Cümə günü bu işi əncam verərkən bu duanı oxu:
"Bismillahi və billahi və əla sunnəti Muhəmmədin və ali Muhəmmədin səlləllahu əleyhi və alihi və səlləm."
Buyurublar ki, hər kəs tük və dırnağının bir zərrəsini təmizləyərsə haqq taala ona İsmayılın övladlarından olan bir qulu azad etmək dərəcəsində savab yazar və ölümdən başqa ona heç bir xəstəlik yetişməz.
Bığ-saqqalınızı azaltmağı tərk etməyin. həzrət Rəsul (səlləllahu əleyhi və alihi və səlləm) buyurur ki, bığıınızı dəriyə yaxın hissədən azaldın, saqqalınızı çox uzatmayın ki, yoxsa özünüzü yəhudilərə və atəşpərəstlərə oxşatmış olarsınız. həmçinin həzrət buyurur:-Bığını vaxtında təmizləməyən şəxs bizdən deyil. Bığ və dırnağı şənbə və cümə axşamı təmizləmək insanı göz və diş ağrılarından amanda saxlayar.
(Saqqal saxlamaq qaydaları)
Saqqalı orta səviyyədə saxlamaq lazımdır, yə`ni gərək çox uzun və ya qısa olmasın və onu dörd bağlı barmaq uzunluğundan artıq saxlamaq məkruhdur. Bə`ziləri bunun haram olduğunu ehtimal vermişlər. Rəvayətdə var ki, saqqalı dörd bağlı barmaqdan uzun saxlayan cəhənnəm odundadır. Din alimləri arasında məşhur nəzər budur ki, saqqalı qırxmaq haramdır. həmişə ehtiyatlı olmaq lazımdır ki, saqqal çox dibdən götürülməsin, çünki bu qırxmaq hesab ola bilər. həzrət Əmirəlmö`minin əleyhissalam buyurur:-Qədim zamanlarda bir sıra insanlar olub ki, saqqalarını qırxıb bığlarını hörürdülər. Allah taala onları məsx etmişdir (heyvan sürətinə salmışdır). Bığ-saqqal kişilər üçün zinətdir. İmam Muhəmməd Baqir əleyhissalam özünün saqqalını alan şəxsə buyurdu:-Saqqalımı dairəvi şəkildə düzəlt.
Rəvayət olunub ki, o həzrət üzünün qabarıq hissəsinin tükünü aldırar və çənəsinin altını tamamilə təmizlədərdi.
(Şeyx Abbas Qummi)
QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com
My Official Facebook Page (Rəsmi Səhifəm):
My Official Facebook Page (Rəsmi Səhifəm):
No comments:
Post a Comment