həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) hər cümə günü nurə qoyub qarın altı tüklərini və ayaqlarının arasını təmizlərdi.
Cənabətli halda da nurə qoymaq olar. Bədəninə nurə qoymuş adamın ayaq üstə bövl etməsinin eybi yoxdur. hər kəs nurə qoyduğu halda oturaraq bövl edərsə qrija olmaq təhlükəsi yaranar.
Ayıb yerlərdən başqa yerə özgənin nurə qoymasının eybi yoxdur. Lakin hamısından yaxşısı budur ki, göbəkdən dizə qədər insanın özü nurə qoysun. Nurəni qoymazdan əvvəl onu bir az götürüb iylə və burnunun ucuna qoyub bu duanı oxu:
"Səlləllahu əla Suleymanibnə Davudə kəma əmərəna bin-nurə."
həmçinin əgər duanın hamısını oxuya bilsən oxu, duanın əvvəli belədir:
"Allahummə təyyib ma təhurə minni."
Bu duanı oxumağın çox savabı var. Nurə qoyduqdan sonra başdan-ayağa qədər özünə həna qoy, çünki bu səni gələn dəfə nurə qoyana qədər ruhi xəstəlikdən, xora və dəri xəstəliklərindən qoruyar. Əgər bu cür işlərə əməl etsən yoxsulluq və pərişanlıq səndən uzaq olar. hazırladığın hənanın bir miqdarını dırnaqların üçün saxla, çünki nurə qoyduqdan sonra dırnaqların ölmüş insanın dırnağına bənzəyər, ona görə də həna qoymalısan ki, o öz halına qayıtsın.
Nəql edirlər ki, İmam Məhəmməd Təqi əleyhissalam hər dəfə hamamdan çıxanda mübarək başından ayağına qədər özünü həna ilə qırmızı bir gülə bənzədərmiş.
(Şeyx Abbas Qummi)
QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com
No comments:
Post a Comment