Bismillahir-rahmanir-rahim

Saturday, June 11, 2016

İslamda cümə və başqa günlərin qüsllərinin verilmə tərzi (Yeddinci fəsil)

     Bütün alimlər arasında məşhur olan nəzərə əsasən vacib qüsllər 6 dənədir. Cənabət, heyz, istihazə, nifas, məssi-meyyit və meyyit qüslləri.
     Cənabət qüslünü verəndə bu duanı oxumağın çox savabı vardır:



     "Əllahummə təhhir qəlbi və zəkki əməli və təqəbbəl sə`yi vəc`əl ma indəkə xəyrən li. Əllahumməəcəlni minət-təvvabinə vəc`əlni minəl-mutətəhhirin."
     Amma deyilənə görə müstəhəb qüsllər 62 dənədir və cümə qüslü onların ən üstünüdür. hətta alimlərdən bə`ziləri onu vacib hesab edirlər. Yaxşı olar ki, onu tərk etməyəsiniz. hədisdə buyurulub: Cümə qüslü həm səfərdə, həm də qeyri-səfərdə kişi və qadınlara vacibdir. Yalnız səfərdə olan zaman su az olduqda qadınlar bunu tərk edə bilərlər. İmam Sadiq əleyhissalam buyurmuşdur ki, cümə qüslü insanı pak edər və gələn cüməyə qədər onun günahlarının kəffarəsidir.
     Cümə qüslü üçün bə`zi dualar da qeyd olunmuşdur. Cümə qüslünün vaxtı əsil sübhün açılmasından zöhr namazına qədərdir. Lakin günortaya yaxınlaşdıqda daha yaxşıdır. Əgər insan cümə günü suyun tapılmaması qorxusuna düşərsə cümə axşamı da qüsl verə bilər. Və əgər cümə gününün günorta vaxtına qədər cümə qüslü etməmiş olsa həmin gün axşam namazına qədər onu qəza niyyəti etmədən yerinə yetirə bilər. Amma şənbə günü sübhdən axşama qədər cümə qüslü etsə qəza niyyəti ilə etməlidir.
     Ramazan ayının tək gecələrində qüsl vermək müstəhəbdir, xüsusilə ayın 1-ci, 15-ci, 17-ci, 19-cu və 21-ci gecələri. Ramazan ayının 23-cü gecəsi iki qüsl etmək məsləhətdir. Birini günəşin batmasına yaxın, o birini isə gecənin axır vaxtında edirsən. Lakin bə`zi rəvayətlərdə var ki, Ramazan ayının axır 10 gecəsində hər gecə qüsl etsin. Fitr bayramının gecəsi və gündüzü, Qurban bayramı günü, zihəccənin 8-ci günü, Ərəfə günü günortaya yaxın və rəcəb ayının 15-ci gecəsi qüsl vermək müstəhəbdir. həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur ki, hər kəs rəcəb ayını dərk edərək ayın əvvəli, ortası və axırında qüslləri yerinə yetirərsə yeni anadan doğulan uşaq kimi günahsız olar. Rəcəb ayının iyirmi yeddisi-be`sət günü (həzrət Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in) peyğəmbərliyə çatan günü, zilqə`də ayının 25-ci günü, şə`ban ayının 15-ci gecəsi, Qədir Xum bayramı günü (həzrət Əli əleyhissalamın imamətə çatan günü), Mübahilə günü (zilhəccə ayının 24-ü, yə`ni həzrət Peyğəmbərin xristian alimlərinə qarğış etdiyi gün) və Novruz bayramı günü qüsl vermək müstəhəbdir. həcc və ümrə ehramı üçün, həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-i və bütün Mə`sumları istər yaxından, istərsə də uzaqdan ziyarət etmək üçün qüsl verilməsi müstəhəbdir. həmçinin istixarə üçün, xüsusilə o namazlar ki, istixarə üçündür ya o namazlar ki, hacət istəmək üçündür, tövbəyə görə qüsl etmək müstəhəbdir. Günəş tam tutulanda bilərəkdən ayat namazını qılmayan şəxs üçün onun qəzasını qılmaq üçün qüsl etməsi müstəhəbdir. Alimlərdən bə`ziləri buyururlar ki, bu halda qüsl etmək vacibdir. Məkkə hərəminə və Kə`bəyə daxil olmaq üçün, təvaf etmək üçün Mədinə hərəminə, Peyğəmbər məscidinə daxil olmaq üçün, qurban kəsmək üçün, təzə doğulan körpəyə və həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in mövludu günündə qüsl vermək müstəhəbdir.  Ola bilsin ki, qüsl vermək həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in ziyarətinə görə olsun. hədisdə gəlmişdir ki, yağış istədikdə, qurbağa öldürdükdə və bir də bir şəxsin dara çəkilməsinə baxmaq üçün gedərkən qüsl vermək müstəhəbdir.
     Alimlərin əksəriyyəti buyurmuşlar ki, əgər e`dam vaxtından üç gün keçmiş olarsa və istər haqq, istərsə də batil üçün e`dam olunsun, fərqi yoxdur qüsl etmək müstəhəbdir. habelə meyyit qüslü verilmiş ölüyə əl vurduqda da qüsl etmək müstəhəbdir.
     Onu da qeyd etməliyik ki, qüsllər və onların əhkamı fiqh kitablarında geniş şəkildə yazılmışdır. Lakin biz elə bu qədərlə kifayətlənirik.

(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com



No comments:

Post a Comment