Sübh namazından günəş çıxana qədər, şam və işa namazları arasında və əsr namazından sonra yatmaq məkruhdur. Gün doğan zamanla günorta arasında yatmaq çox pisdir, ruzinin azalmasına səbəb olur. Çünki haqq taala bu vaxtlar
bəndələrinin ruzisini bölüşdürür. hər kəs bu zaman yatarsa öz ruzisindən məhrum olar. həmçinin torpaq da o kəsdən Allaha tərəf fəryadla nalə edir. Lakin sübh namzından sonra bir qədər dua oxuyub yatarsa eybi yoxdur. Belə ki, bu cür ibadətə bə`zi hədislərdə icazə verilmişdir. İmam Muhəmməd Baqir əleyhissalam buyurur ki, günün başlanğıcında yatmaq nadanlıq əlamətidir. Qeylulə yuxusu insan üçün ən böyük ne`mətdir. Əsr namazından sonra yatmaq ağlın, huşun azalmasına səbəb olar. Şam və xiftən namazları arasında yatmaq insanı ruzidən məhrum edər. həzrət Əmirəlmö`minin əleyhissalamdan nəql olunur ki, günəş çıxmazdan öncə və işa namazından əvvəl yatmaq insana yoxsulluq və pərişanlıq gətirər. hər vaxt yatmaq istəsən qeylulə zamanı yat, çünki bu zaman yatmaq sünnətdir və xüsusilə gecə namazına oyanmaq üçün insanın ən yaxşı yavəridir. Rəvayət olunmuşdur ki, qeylulə edin, çünki şeytan qeylulə etmir.
(Qeylulə yuxusunun əsil vaxtı zöhr namazından bir az əvvəl başlayaraq zöhrün vaxtın qədərdir və zöhr namazından sonra başlayaraq, əsrin müstəhəb zamanına qədərdir)
(Şeyx Abbas Qummi)
QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com
gecə smendə olanlar neynəsin bəs?
ReplyDelete