Bismillahir-rahmanir-rahim

Thursday, June 30, 2016

İslamda yatmazdan əvvəl dəstəmaz almaq və yatmağın bə`zi qaydaları (İkinci fəsil)


   hər zaman yatmaq istəsəniz dəstəmaz alın. Çünki bu Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sünnətidir. hər kəs dəstəmazlı halda yatarsa elə bil bütün gecəni oyaq qalıb ibadət etmişdir.
     İmam Cəfər Sadiq əleyhissalam buyurmuşdur ki,

hər kəs dəstəmaz alıb yatağına gedersə yatağı onun üçün məscid hökmündə olar və əgər yatağının içində yadına düşərsə ki, dəstamazı yoxdur, üstünə örtdüyü örtüyə əl çəkib təyəmmüm etsin. Rəvayətdə var ki, hər bir şəxs dəstəmaz ya təyəmmümlə yatarsa o, namaz qılan bir şəxs kimi Allahın yadında olar. Yatanda sağ əli üstə, üzü qibləyə və sağ əlini üzünün altına qoyub yat. heç vaxt üzü üstə yatma, çünki bu şeytan yatışıdır. Bu haqda rəvayət var ki, heç bir kəs üzü üstə yatmasın, həmçinin kmisə üzü üstə yatan görərsə oyatsın və onu həmin halda qoymasın. Sağ tərəfin üstə yatmağın fəziləti və sol tərəf üstə yatmağın qadağan olunması haqqında başqa hədislər də mə`sum İmamlardan (əleyhimussalam) nəql olunmuşdur.

(Şeyx Abbas Qummi)

QEYD: Bu oxuduğlarınızı mütləq yaxınlarınıza, tanışlarınıza və dostlarınıza çatdırın və onlara köməklik edin doğru yolda.
Həmçinin saytı insanlara məsləhət görün: www.ismayiln-off.blogspot.com


No comments:

Post a Comment